Prezidentin köməkçisi: “Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin sağlamlığının qorunması ilə bağlı təşəbbüslərlə çıxış edir”

Prezidentin köməkçisi: “Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin sağlamlığının qorunması ilə bağlı təşəbbüslərlə çıxış edir”
  • Clock-gray 17:57
  • calendar-gray 13 May 2020

“Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə tədbirlər həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycan humanist prinsiplər nəzərə alınmaqla "hamının hamıya" prinsipi ilə dəyişdirilməsini təklif edib: “Azərbaycan hər iki girovumuzun koronavirusa görə sağlamlığının qorunması ilə bağlı da təşəbbüslərlə çıxış edir”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər