Qənimət Zahid: “Bizim işimiz hökuməti şərləməkdir” - VİDEO

Qənimət Zahid: “Bizim işimiz hökuməti şərləməkdir” - VİDEO
# 29 iyun 2020 15:36 (UTC +04:00)

Milli Şuranın “zoom konfransı”ndan növbəti görüntülər üzə çıxıb.

APA-nın məlumatına görə, müzakirələr zamanı konfrans iştirakçıları müxtəlif məsələlər barədə danışıblar. Konfransda diqqət çəkən məqam isə Qənimət Zahidin hökumət haqqında səsləndirdiyi fikir olub.

“Zoom konfrans”ın iştirakçılarından olan Rahim Hacıyevin Q. Zahidin müsahibələrindən birində səsləndirdiyi fikrin yanlışlığı, faktın təhrif olunması barədə iradına cavab olaraq Q. Zahid bildirib ki, onların işi hökuməti şərləməkdir. “Bizim işimiz hökuməti şərləməkdir”, - deyə Q. Zahid vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR