Qüdrət Həsənquliyev: “Hakimlərin məsuliyyəti artırılmalıdır”

Qüdrət Həsənquliyev: “Hakimlərin məsuliyyəti artırılmalıdır”
# 17 aprel 2020 15:30 (UTC +04:00)

“Cinayət Məcəlləsinə edilən dəyişikliklərdə məsələnin mahiyyətinə baxmaq lazımdır”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədrinin müavini Qüdrət Həsənquliyev Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib.

O deyib ki, cəmiyyətdə rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir: “Bu gün rüşvət verən şəxslər məsuliyyətə cəlb edilmir. Cinayət Məcəlləsində belə bir hissə var ki, rüşvət verən şəxs məlumat verirsə, o, məsuliyyətə cəlb edilmir. Bu hissə çıxarılmalıdır. Vətəndaş bilməlidir ki, kiməsə pul verirsə, bunu borc müqaviləsi əsasında verməlidir. Eyni zamanda qanunsuz hökm çıxaran hakimə 300-500 manat cərimə tətbiq edilir. Bu, çox azdır. Biz hakimlərin məsuliyyətini artırmasaq, ölkəyə heç kim investisiya qoymayacaq. Hakim fikirləşəcək ki, uzağı 300 manat cərimələnəcək, ancaq söhbət böyük məbləğdə rüşvətdən gedir. Bu məsələyə baxmalıyıq. Xüsusilə ədalət mühakiməsi əleyhinə olan cinayətlərdə məsuliyyət sərtləşdirilməlidir. Xuliqanlığa görə cinayət məsuliyyəti aradan qaldırılmalı, inzibati xəta hesab edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR