Respublikaçı Alternativ partiyasının təsis qurultayı keçirilib

Respublikaçı Alternativ partiyasının təsis qurultayı keçirilib
# 04 avqust 2020 23:54 (UTC +04:00)

Bu gün Respublikaçı Alternativ partiyasının onlayn formatda təsis qurultayı keçirilib.

Bu barədə APA-ya partiyanın üzvü Natiq Cəfərli məlumat verib.

O qeyd edib ki, 100-ə yaxın qurultay nümayəndəsinin iştirakı ilə qurultayın əsas sənədləri - nizamnaməsi və proqramı qəbul edilib: ”Qurultay partiyanın 6 nəfərdən ibarət siyasi komitəsini seçdi və 5 nəfərdən ibarət nəzarət təftiş komissiyası seçildi. Nizamnaməyə uyğun olaraq partiyanın siyasi komitəsi növbəti toplantısında partiyanın sədrini və icra qurumlarını seçəcək. Əldə olunan sənədləri yaxın zamanda Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR