Rəisin şərəf və ləyaqətini alçaltmaya görə yeni cəza təklif edilir

Rəisin şərəf və ləyaqətini alçaltmaya görə yeni cəza təklif edilir
# 17 aprel 2020 16:07 (UTC +04:00)

İnzibati Xətalar Məcəlləsinə rəisin yaxud hərbi qulluq vəzifələrini yerinə yetirən digər şəxsin şərəf və ləyaqətini alçaltmaya görə yeni - 610-cu maddənin əlavə olunması təklif edilir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, rəisin yaxud hərbi qulluq vəzifələrini yerinə yetirən digər şəxsin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar şərəf və ləyaqətini alçaltma on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Eyni zamanda təklif edilən digər yeni 611-ci maddə ilə tabelikdə olan hərbi quluqçunun şərəf və ləyaqətini alçaltmaya görə də cəza müəyyənləşir. Beləliklə, dəyişikliyə əsasən, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltması on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR