Rövzət Qasımov: “Vətəndaşlar istədikləri məntəqəni seçərək səsvermənin gedişini canlı izləyə bilərlər”

Rövzət Qasımov: “Vətəndaşlar istədikləri məntəqəni seçərək səsvermənin gedişini canlı izləyə bilərlər”
# 05 fevral 2020 16:18 (UTC +04:00)

MSK ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralar quraşdırıb.

APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib. R. Qasımov bildirib ki, 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb: “Səsvermə prosesini izləmək üçün Mərkəzi Seçki Komissiyasının saytında ana səhifədən “Online observation” bölməsinə daxil olmaq və seçki dairəsini seçmək lazımdır. Müvafiq saylı dairə seçki komissiyasını seçdikdən sonra veb-kameraların quraşdırıldığı məntəqələrin siyahısı açılır. Vətəndaşlar siyahıda istədikləri məntəqəni seçərək səsvermənin gedişini gün ərzində canlı izləyə bilərlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR