Rövzət Qasımov: “Yaxın günlərdə “exit-poll” keçirmək istəyən təşkilatların məlumatları KİV-lərə təqdim ediləcək”

Rövzət Qasımov: “Yaxın günlərdə “exit-poll” keçirmək istəyən təşkilatların məlumatları KİV-lərə təqdim ediləcək”
  • Clock-gray 10:39
  • calendar-gray 23 Yanvar 2020

“Qanunvericiliyə görə, seçkidə “Exit-poll” keçirmək istəyən təşkilatlar səsvermə gününə 20 gün qalmış Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməlidir”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib. MSK sədrinin müavini bildirib ki, artıq müraciətlər MSK-ya daxil olub: “Hazırda MSK bununla bağlı iş aparır. Yaxın günlərdə sənədlərini tam olaraq MSK-ya təqdim edən təşkilatların məlumatları KİV-lərə təqdim ediləcək”.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə 2020-ci il yanvarın 30-dək qərar qəbul etməlidir.

Firuzə Vahid

Digər xəbərlər