Sabah Milli Məclisə seçkilərlə əlaqədar təşviqat kampaniyası başa çatır

Sabah Milli Məclisə seçkilərlə əlaqədar təşviqat kampaniyası başa çatır
# 07 fevral 2020 08:00 (UTC +04:00)

Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat kampaniyası sabah başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar bu müddət fevralın 8-i saat

08:00-a qədər olan dövrü əhatə edir.

Qeyd edək ki, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış yəni, yanvarın 17-də başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR