Sabah seçki bülletenlərinin DSK-lardan məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatır

Sabah seçki bülletenlərinin DSK-lardan məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatır
  • Clock-gray 07:00
  • calendar-gray 04 Fevral 2020

Sabah seçki bülletenlərinin dairə seçki komissiyalarından (DSK) məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 99.6-cı maddəsinə əsasən, DSK-lar səsvermə gününə azı 3 gün qalanadək seçki bülletenlərini məntəqə seçki komissiyalarına verməlidir.

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə bağlı bu müddət fevralın 6-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasından seçki bülletenlərinin DSK-lara verilməsi prosesi fevralın 3-də başa çatıb.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date