Sahibə Qafarova: “Azərbaycan BMT Təhlükəsizlik Şurasının daha bir sənədini icra etmiş oldu”

Sahibə Qafarova: “Azərbaycan BMT Təhlükəsizlik Şurasının daha bir sənədini icra etmiş oldu”
# 25 noyabr 2020 10:34 (UTC +04:00)

Milli Məclisin sədri Sahibə Qafarova Kəlbəcərin işğaldan azad olunması ilə bağlı paylaşım edib.

APA-nın məlumatına görə, paylaşımda bildirilib ki, bu gün Şanlı Azərbaycan Ordusu 1993-cü ildən bu yana erməni tapdağı altında qalan Kəlbəcər şəhərimizə daxil olub.

S.Qafarova bununla da Azərbaycan Resbublikasının BMT Təhlükəsizlik Şurasının daha bir sənədini - 27 ildən çoxdur icra olunmayan 822 saylı qətnaməsini icra etmiş olduğunu qeyd edib: “Yaşasın Ali Baş Komandan, yaşasın Şanlı Ordumuz, yaşasın Azərbaycan!

Bütün Azərbaycan xalqının gözü aydın olsun, hər birinizi təbrik edirəm. Qarabağ Azərbaycandır!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR