Sahibə Qafarova Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Sahibə Qafarova Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • Clock-gray 16:10
  • calendar-gray 09 Noyabr 2020

Milli Məclisin sədri Sahibə Qafarova Dövlət Bayrağı Günü münasibətilə "Facebook" hesabında paylaşım edib. 

APA-nın məlumatına görə, parlamentin sədri paylaşımında xalqı təbrik edib. 

S. Qafarova qeyd edib ki, üçrəngli bayrağımız artıq işğaldan azad olunmuş torpaqlarımızda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Qarabağımızın göz bəbəyi olan Şuşamızda qürurla dalğalandığı üçün çox xoşbəxt və qürurluyuq: "Hər birimizə sonsuz sevinc, qürur və fərəh hissi bəxş edən bu zəfərlərin memarı Ali Baş Komandan cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Şanlı Ordumuz, qəhrəman əsgərlərimiz qanı, canı bahasına torpaqlarımızı azad edir, üçrəngli bayrağımızı dalğalandırır.

Eşq olsun Ali Baş Komandan cənab İlham Əliyevə! Eşq olsun Şanlı Azərbaycan Ordusuna! 

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Firuzə Vahid

Digər xəbərlər