Sahibə Qafarova: “Erməni faşistlərinin iç üzünü açmaq üçün xarici parlamentlərə 500-ə qədər məktub göndərilib”

Sahibə Qafarova: “Erməni faşistlərinin iç üzünü açmaq üçün xarici parlamentlərə 500-ə qədər məktub göndərilib”
  • Clock-gray 13:36
  • calendar-gray 30 Dekabr 2020

“Milli Məclisin payız sessiyasında 19 iclas keçirilib, 86 qanun qəbul edilib”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin (MM) bugünkü iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, MM qanunvericilik səlahiyyətlərini tam olaraq yerinə yetirib.

“Bizim əsas vasitəmiz parlament diplomatiyası idi. Erməni faşistlərinin iç üzünü açmaq üçün bütün işlər görülüb. 500-ə qədər məktub xarici ölkələrin parlamentlərinə göndərilib. Deputatlarımız xarici ölkələrdəki həmkarları ilə onlayn görüşlər keçirib, telefonla danışıb, haqq işinə öz dəstəyini vermək üçün əlindən gələni ediblər. Milli Məclisdə Prezident İlham Əliyevə müraciət qəbul edilib, Qarabağ müharibəsinin başa çatması münasibətilə müdrik rəhbəri təbrik edib, xalqımıza təşəkkürümüzü çatdırmışıq. Vətən müharibəsi başa çatdıqdan sonra Fransa və İtaliya parlamentlərarası dostluq qruplarının üzvləri Azərbaycana gəlib və erməni terrorçularının törətdiyi cinayətlərlə yerində tanış olublar”, - deyə S. Qafarova vurğulayıb.

Firuzə Vahid

Digər xəbərlər