Şahmar Mövsümov Azərbaycan Prezidentinin köməkçisi təyin olunub - YENİLƏNİB

Şahmar Mövsümov Azərbaycan Prezidentinin köməkçisi təyin olunub - YENİLƏNİB
# 29 noyabr 2019 17:35 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şahlar Mövsümovun Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, Prezidentin digər sərəncam ilə Şahmar Mövsümov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin edilib.

***

16:11

Şahmar Mövsümov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev köməkçisi təyin olunub.

APA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR