Samir Şərifov deputatın hökumətin büdcəyə qənaət forması ilə bağlı tənqidinə sərt reaksiya verib

Samir Şərifov deputatın hökumətin büdcəyə qənaət forması ilə bağlı tənqidinə sərt reaksiya verib
# 19 iyun 2020 12:46 (UTC +04:00)

“İkinci qrup əlilin müavinətini neçə ildən sonra kəsiblər, mən bunu sosial şəbəkədə gördüm”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, həmin şəxs dövlət başçısına, Birinci vitse-prezidentə müraciət edir: “Bu məsələdə qənaət etmək lazım deyil. Qənaəti xəstə danaları dəyərindən xeyli baha qiymətə, öz qardaşının şirkəti vasitəsilə alıb insanlara satanda eləmək lazım idi. Kasıb insanların pulunu kəsiblər, vəsaitə belə qənaət etmək, adamları narazı salmaq olmaz. Büdcədən ayrılan vəsaitlər aidiyyəti üzrə xərclənməlidir”.

Maliyyə naziri Samir Şərifov isə deputat Qüdrət Həsənquliyevin fikirləri ilə razı olmadığını bildirib: “Deputat ya məsələlərlə tanış olmayıb, ya da başqa məqsədlər güdür. O bütün sualları ilə bağlı bizdən bütün izahatları ala bilər. Birincisi, tövsiyə edərdim ki, sui-istifadə sözündən istifadə edəndə ehtiyatlı olsun. Deputat keçən dəfə də hökumətin 3,5 milyard manat vəsaiti Milli Məclisdə müzakirəyə çıxarılmadan əhali arasında bölüşdürülməsinə etiraz eləmişdi. Burada dövlət büdcəsinin vəsaitindən söhbət getmir. Burada dövlət fondları hesabına da cəlb edilən vəsaitlər var idi. Qənaət məsələsinə gəldikdə, burada stəkanda fırtına yaratmağa ehtiyac yoxdur. İlk növbədə Hesablama Palatasının rəyində göstərilənlərə baxmaq lazımdır. Şəffaflığın nəticəsi olaraq, Dövlət Sosial Müdafiə Fonduna yığımlar artıb. Burada çox sadə məntiq var. Həmin pulun icrası Sosial Müdafiə Fondu tərəfindən mümkün deyildi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR