Samir Şərifov: "Ötən il icmal büdcənin gəlirləri 15,7 faiz artıq, yəni 4 milyard 583 milyon manat çox olub"

Samir Şərifov: "Ötən il  icmal büdcənin gəlirləri 15,7 faiz artıq, yəni 4 milyard 583 milyon manat çox olub"
  • Clock-gray 05:34
  • calendar-gray 14 Yanvar 2020

Ötən il icmal büdcənin gəlirləri faktiki olaraq nəzərdə tutulduğundan xeyli çox daxil olub, ümumi daxilolmalarımız daha çox olub.

APA xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edərkən bildirib.

Nazir qeyd edib ki, icmal büdcənin gəlirləri 29 milyard 235 milyon manat məbləğində proqnozlaşdırılsa da, faktiki icra 33 milyard 818 milyon manat və yaxud 15,7 faiz artıq, yəni 4 milyard 583 milyon manat çox təşkil edib. İcmal büdcənin xərcləri isə 27 milyard 371 milyon manata qarşı 26 milyard 476 milyon manat məbləğində və yaxud 97 faizə yaxın icra edilib: "Nəticədə icmal büdcədə də profisit yaranmışdır. Profisit 7 milyard 343 milyon manat məbləğində olmuşdur. Bu da proqnozlaşdırılan kəsirlə müqayisədə təxminən 4 dəfə çoxdur. Yəni nəzərdə tutulmuş profisit 1,8 milyard manat məbləğində proqnozlaşdırılırdı, amma bundan təxminən 4 dəfə çox oldu.

Bu da nəticə etibarilə, ilk növbədə, Dövlət Neft Fondunun gəlirlərinin artımı hesabına baş vermişdir. Bu artım da, əsasən, iki istiqamətə bölünə bilər. İlk növbədə, neftin büdcədə nəzərdə tutulmuş qiymətinin faktiki qiymətlə müqayisədə az olması, yəni, büdcədə 60 dollarlıq qiymət nəzərdə tutulmuşdusa, Neft Fondunun mədaxil üçün orta illik qiyməti təqribən 64-65 dollar arasında göstərilir. Amma ötən il əhəmiyyətli dərəcədə artım daha çox Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlərində baş vermişdir. Yəni nəzərdə tutulan 1,4 milyard manat mədaxilə qarşı 3,5 milyard manatdan yuxarı mədaxil, yəni, 2 milyard manat artıq vəsait toplanmışdır. Eyni zamanda, icmal büdcənin profisitinin digər səbəbi də dövlət büdcəsində kəsirin olmaması ilə əlaqədardır".

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date