Seçki bülletenlərinin DSK-lardan məntəqə seçki komissiyalarına verilməsi başa çatıb

Seçki bülletenlərinin DSK-lardan məntəqə seçki komissiyalarına verilməsi başa çatıb
# 05 fevral 2020 18:00 (UTC +04:00)

Bu gün seçki bülletenlərinin dairə seçki komissiyalarından (DSK) məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatıb.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 99.6-cı maddəsinə əsasən, DSK-lar səsvermə gününə azı 3 gün qalanadək seçki bülletenlərini məntəqə seçki komissiyalarına verməlidir.

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə bağlı bu müddət fevralın 6-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasından seçki bülletenlərinin DSK-lara verilməsi prosesi fevralın 3-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR