"Milli Məclisdə baxılmamış bir çox qanun layihəsi qalır".
APA-nın məlumatına görə bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.
S.Mirzəyevin sözlərinə görə, yəqin ki, ilk iclaslarda ilk növbədə o sənədlər müzakirəyə çıxarılacaq: “Gözləyirik ki, qanunverici orqanın subyektlərinə yeni qanunlar gələcək. Ölkədə keçirilən sosial-iqtisadi islahatlarla əlaqədar mövcud qanunlara dəyişikliklər qəbul olunacaq”.