Şirvan sakini: “Siz, Azərbaycan xalqının "Milli Qəhrəmanı", tarix yazan qalib Sərkərdə, ən çox dəstəyə layiq olan Prezident və müzəffər Ali Baş Komandanısınız”

Şirvan sakini: “Siz, Azərbaycan xalqının "Milli Qəhrəmanı", tarix yazan qalib Sərkərdə, ən çox dəstəyə layiq olan Prezident və müzəffər Ali Baş Komandanısınız”
# 11 dekabr 2020 15:29 (UTC +04:00)

Şirvan şəhər sakini Vüsal İbrəhimov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktub göndərib.

APA-nın məlumatına görə, V. İbrəhimov yazır: “Möhtərəm cənab Prezident.

Bizim vətən müharibəsində qələbəmizi şərtləndirən ən vacib məqam - Ulu Öndərimiz xalqımızın çağırışı ilə Azərbaycanı bəlalardan xilas edərək modern və güclü iqtisadiyyatın təməlini qoydu, Sizin bu siyasi xətti uğurla davam etdirməyinizlə güclü ordu quruculuğu formalaşdırılması oldu. Azərbaycan xalqının bəxti gözəl oldu, ona görə ki, bu xalqa, dövlətə və Vətənə xalqını sevən, onun uğrunda hər an gözünü qırpmadan bütün əziyyətlərə qatlanan və xalqın, dövlətin maraqlarını hər şeydən üstün tutan Ulu Öndərimiz və onun layiqli davamçısı Siz, bizim Liderimiz oldunuz. Vətən müharibəsində siyasi və hərbi qələbəmizin uğurları, Sizin siyasi iradənizə əsaslanır və eyni zamanda, rəhbəri olduğunuz müzəffər Ordumuzun gücü ilə zəfər çaldıq. Mən, Sizin və Ordumuzun yanındayam! Möhtərəm cənab Prezident Xalqımıza silsilə qəlbə sevinci yaşatdığınız, bütün beynəlxalq təzyiqlərə mərdcəsinə lazımı cavab verdiyinizə və Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdiyinizə görə, Sizə sonsuz minnətdarlığımı ifadə etməklə qürur duyuram. Siz, Azərbaycan xalqının "Milli Qəhrəmanı", tarix yazan qalib Sərkərdəsi, ən çox dəstəyə layiq olan Prezidenti və müzəffər Ali Baş Komandanısınız. Allah, Sizi hər zaman zirvələrdə qərarlaşdırsın. Azərbaycanın bütün sahələrində inkişafı uğrunda müqəddəs fəaliyyətinizdə yorulmaz uğurlar diləyirəm. Sizin kimi Prezidentimiz olduğuna, Sizin seçiciniz olduğuma görə çox məmnun və xoşbəxtəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR