Siyavuş Novruzov Milli Məclisin xərclər smetası ilə bağlı təkliflə çıxış edib

Siyavuş Novruzov Milli Məclisin xərclər smetası ilə bağlı təkliflə çıxış edib
# 25 dekabr 2020 16:52 (UTC +04:00)

“Bu il ərzində pandemiyanın təsirinin azalacağı, canlı təmas formasında görüşlərin keçirilməsinə başlanılacağı nəzərə alınmalıdır. Millət vəkillərinin də Vətən müharibəsi, Azərbaycan həqiqətlərinin xaricdə təbliği üçün xarici ölkələrə səfərləri, həmin ölkələrin deputatları ilə görüşlər keçirməsi vacib məsələlər sırasında olacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il üçün xərclər smetası haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

S. Novruzov deyib ki, bunu nəzərə alaraq, Milli Məclisin ezamiyyə xərclərinin artırılması yaxşı olardı: “Eyni zamanda biz deputatlar xarici həmkarlarımız ilə yazışmalı, onları Azərbaycana dəvət etməliyik. Bunun üçün bizə noutbuk və digər təminatlar lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR