Siyavuş Novruzov: “Postsovet məkanında heç yerdə şəhidlərə,müharibə əlillərinə Azərbaycandakı qədər dəstək verilmir”

Siyavuş Novruzov: “Postsovet məkanında heç yerdə şəhidlərə,müharibə əlillərinə Azərbaycandakı qədər dəstək verilmir”
# 02 aprel 2021 15:54 (UTC +04:00)

“Əfsuslar olsun ki, bəzi mətbuat orqanları, bəzi partiya sədrləri müharibə şəhidləri və qazilərin adından istifadə edir. Halbuki onların heç birinin onlara dəstəyi yoxdur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, postsovet məkanında müharibə veteranı olan ölkələrin heç birində müharibə şəhidlərinə, əlillərinə, qazilərə Azərbaycandakı qədər dəstək verilmir: “Bu baxımdan biz imkan verməməliyik ki, kimsə şəhid, müharibə veteranı adından sui-istifadə etsin, ölkəmizin başçısı, Birinci vitse-prezident tərəfindən göstərilən qayğı görməzdən gəlinsin. Müharibə veteranları, şəhid ailələri evlərlə təmin olunur. Bu, zaman alan prosesdir. Müharibədən 5 ay keçib. Bu evlərin tikilib başa çatması mümkün deyil. Növbəlilik qaydasında, ardıcıllıqla müharibə veteranları, şəhid ailələri fərdi mənzillərlə təmin olunacaq. Bu gün müharibə veteranlarının sayı 80 minə çatıb. Bu, iki ordu deməkdir. Birinci vətən müharibəsi dövründə Azərbaycan tərəfindən batalyonlar döyüşürdü, heç ordu da yox idi. İndiki vaxtda bu məsələ dəqiqliklə araşdırılmalıdır. Həmin dövrdə vuruşan bəzi insanlar veteran adı ala bilmir. Elə adamlar da var ki, heç vuruşmayıb, müharibə veteranı kimi qeydiyyatdan keçib. Qeydiyyat çox dəqiqliklə aparılmalıdır. Şəhid ailəsi, müharibə veteranı adından istifadəyə yol vermək olmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR