Siyavuş Novruzov: “YAP zərurətdən yaranmış partiyadır”

Siyavuş Novruzov: “YAP zərurətdən yaranmış partiyadır”
  • Clock-gray 11:59
  • calendar-gray 20 Noyabr 2020

“Sabah YAP-ın yaranmasının ildönümüdür”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

“YAP zərurətdən yaranmış partiyadır və ümummilli liderimizin rəhbərliyinə seçilməsi bilavasitə bugünkü qələbələrimizin əsas təməl prinsiplərini təşkil edir”, - o əlavə edib.

Deputat Aydın Hüseynov isə qeyd edib ki, bu gün müstəqilliyimizin ideoloji əsası, prinsipləri YAP-dan başlanır: “YAP-ın ali məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsidir. İş prinsipləri sırasında Dağlıq Qarabağda idarəetmənin təmin edilməsidir. YAP-ın sədri tərəfindən bu gün qələbələr bir-birini əvəz edir. Bu qələbələrin memarı, ulu öndər Heydər Əliyev və bu qələbələri həyata keçirən Prezidentimiz və partiyamızın sədri İlham Əliyevdir”.

Firuzə Vahid

Digər xəbərlər