Səməd Seyidov: “Azərbaycanın enerji layihələri Qərbin gələcək addımlarını da müəyyən edir”

Səməd Seyidov: “Azərbaycanın enerji layihələri Qərbin gələcək addımlarını da müəyyən edir”
# 23 fevral 2021 11:55 (UTC +04:00)

“Azərbaycanın enerji layihələri Qərbin bugünkü hərəkətlərini deyil, gələcək addımlarını da müəyyən edir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Səməd Seyidov deyib.

Deputat bildirib ki, bu layihələr Azərbaycanın artıq tək Qərbə deyil, Şərqə də yönələn enerji layihələridir: “Bu, gələcəkdə Azərbaycanın dünya ölkələri ilə münasibətinə təsir edəcək layihə olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR