Səməd Seyidov: “Bürokratik əngəlləri aradan qaldırmaq, daha çevik olmaq lazımdır”

Səməd Seyidov: “Bürokratik əngəlləri aradan qaldırmaq, daha çevik olmaq lazımdır”
# 09 aprel 2020 13:08 (UTC +04:00)

“2019-cu il uğurlu il kimi qiymətləndirilməlidir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı çıxış edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O bildirib ki, bütün dünya belə bir pandemiya ilə rastlaşacağını gözləmirdi: “Bu gün faktiki olaraq beynəlxalq əlaqələr donmuş vəziyyətdədir. Ancaq yenə də Azərbaycanın beynəlxalq mövqeyi çox güclüdür”.

S. Seyidov Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına da münasibət bildirib:

“Ümumiyyətlə, ölkə başçısının və I vitse-prezidentin siyasəti insanlara yönəlmiş siyasətdir. Bu gün biz əlimizdən gələni etməliyik ki, insanlarda məmnunluq hissi yaradaq. Bürokratik əngəlləri aradan qaldırmaq, daha çevik olmaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR