Səməd Seyidov: “Milli Məclisin sabah keçiriləcək iclası koronavirusla bağlıdır”

Səməd Seyidov: “Milli Məclisin sabah keçiriləcək iclası koronavirusla bağlıdır”
  • Clock-gray 15:04
  • calendar-gray 16 Mart 2020

“Dünyada gedən proseslər beynəlxalq münasibətlərə fasilə verib”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bu gün keçirilən iclasında bildirib.

S. Seyidov deyib ki, hazırda Avropa Şurası Büro iclasında aprel ayında Avropa Şurasının keçirilməsi nəzərdə tutulan iclasının olub-olmayacağı ilə bağlı qərar qəbul edilir: “Dünyada da koronavirus infeksiyasının yayılması ilə bağlı beynəlxalq tədbirlər təxirə salınır”.

Azərbaycan-Türkiyə arasında sərhədlər bağlandığını, bir sıra beynəlxalq uçuşların təxirə salındığını deyən komitə sədri qeyd edib ki, bütün bunlar beynəlxalq tədbirlərin, eləcə də bundan bir neçə ay sonra keçirilməsi nəzərdə tutulan tədbirlərin təxirə düşməsinə səbəb olur: “Amma baş verənlər nəticəsində işimizi məhdudlaşdırmamalıyıq. Bizim işimiz təkcə səfərlərlə bağlı deyil. Biz öz işimizi müasir texnologiyalardan istifadə edərək, beynəlxalq sənədləri nəzərdən keçirmək, yüksək əlaqələri təşkil etmək, ölkəmizin mövqeyini müdafiə etmək çox vacib və əhəmiyyətlidir”.

S. Seyidov söyləyib ki, Milli Məclisin sabah keçiriləcək iclası da koronavirusla bağlıdır: “Amma biz bilməliyik ki, beynəlxalq əlaqələr çox vacibdir. Milli Məclisdə 80-nə yaxın dostluq qrupları fəaliyyət göstərir. Hər bir parlament üzvü komitəsindən asılı olmayaraq beynəlxalq məsələlərdə iştirak etməlidir”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date