Səməd Seyidov: "Prezidentin Valday və Aşqabaddakı çıxışları beynəlxalq münasibətlər tarixində qızıl hərflərlə yazılacaq"

Səməd Seyidov: "Prezidentin Valday və Aşqabaddakı çıxışları beynəlxalq münasibətlər tarixində qızıl hərflərlə yazılacaq"
# 14 oktyabr 2019 13:41 (UTC +04:00)

"Prezidentin Valday forumu və Aşqabadda etdiyi çıxışlar beynəlxalq münasibətlər tarixində milli maraqları qorumaq mövqeyində qızıl hərflərlə yazılacaq çıxışdır".

APA xəbər verir ki, bunu "Qarabağ Azərbaycandır!" mövzusunda keçirilən forumda çıxışında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. O bildirib ki, bu gün çox çətin, mürəkkəb, ədalətsiz beynəlxalq mühitdə yaşayırıq:

"Xalqları siyasi əqidədən silmək, onları xaosa sürükləmək niyyətində olan qüvvələr çox güclüdür. Heç də hər bir xalq bu qüvvələrə qarşı mübariz olub, sinə gərmək iqtidarında olmur. Biz də bu mübarizənin içindəyik. Böhtana, yalana qarşı, torpaqlarımızı işğal edənlərə qarşı mübarizədəyik. Bu mübarizəni Prezident Valday forumunda və Aşqabadda həm bizə, həm dünyaya, həm də ermənilərə göstərdi. Mən də Prezidentin çıxışından 3 əsas məqama toxunacam. Birincisi, Prezidentin şəxsi keyfiyyətidir. Hesab edirəm ki , Azərbaycanın milli maraqlarının qorunması istiqamətində ən güclü silahlarımızdan biri Prezidentin şəxsiyyəti, şəxsi keyfiyyətləridir. İkincisi, bütün ekspertlər Prezidentin çıxışını təhlil edərkən çox vacib bir məqama toxunublar. Prezident ümumbəşəri dəyərləri Azərbaycanda aparılan siyasətlə uyğunlaşdırdı. Azərbaycanda aparılan siyasət dünya və beynəlxalq əlaqələrin inkişafında müdafiə edilməsi üçün əsas yaradıcı siyasət kimi qiymətləndirildi. Üçüncü məsələ isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair erməni təbliğatını ifşa etmək və onu darmadağın etməkdir. Prezident çıxışında qeyd edir ki, Azərbaycanda olan humanitar məsələlər, insansevərlik dünyada gedən proseslərə uyğundursa, deməli, Dağlıq Qarabağ siyasəti də düzdür, deməli, Paşinyanın nöqtə qoymaq istədiyi ləkədir. Və bu ləkə də Qarabağdan silinməlidir!"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR