Sona Əliyeva: “Görülən tədbirlər göstərir ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan insanı dayanır”

Sona Əliyeva: “Görülən tədbirlər göstərir ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan insanı dayanır”
# 17 aprel 2020 13:38 (UTC +04:00)

"2020-ci il ümumilikdə Azərbaycan üçün uğurla başlayıb, hazırda da islahatlar davam edir". Bu fikirləri APA-ya açıqlamasında sabiq millət vəkili, politoloq Sona Əliyeva deyib.

O, təəssüflə qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar bütün dünya iqtisadiyyatında tənəzzül yaranıb, bu proses Azərbaycandan yan keçə bilməzdi: “Neftin qiymətinin kəskin azalması və digər məsələlər birbaşa olmasa da, dolayı yolla Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür”.

Sona Əliyeva bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla, Azərbaycan hökuməti koronavirusla bağlı vaxtında və zəruri qabaqlayıcı tədbirlər həyata keçirib və çox müsbət nəticələr əldə olunub: “Sərhədlərin bağlanması nəticəsində xarici ölkələrdə qalmış çoxsaylı Azərbaycan vətəndaşının, o cümlədən xaricdə təhsil alan tələbələrin dövlət hesabına vətənə qaytarılması, əhalinin həssas təbəqələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi sahəsində əlavə tədbirlər, aztəminatlı ailələrin üzvləri olan və ödənişli təhsil alan tələbələrin pandemiyaya qarşı mübarizə dövründə təhsil haqqından azad edilməsi, pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlər nəticəsində əmək fəaliyyətini dayandırmış işçilərin sosial müdafiəsi ilə əlaqədar dövlət dəstəyi proqramı, fəaliyyətini müvəqqəti dayandırmış kiçik və orta sahibkarlara dəstək çərçivəsində həyata keçirilən layihələr, iqtisadiyyatın bütün sahələrinin pandemiyanın mənfi təsirindən qorunması istiqamətində çoxşaxəli proqramların işlənib hazırlanması, makroiqtisadi sabitliyin qorunması yönündə görülən kompleks tədbirlər, pandemiyaya qarşı mübarizə tədbirlərinin maliyyələşdirilməsi üçün böyük həcmdə dövlət vəsaitinin ayrılması və digər tədbirlər onu göstərir ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan insanı dayanır. Məlum məsələdir ki, Azərbaycan bu prosesdə öz gücünə arxalandı. Əvvəlcədən aparılan islahatlar, büdcədə yaradılan imkanlar nəticəsində Azərbaycan heç bir kənar yardım olmadan, öz resurslarından istifadə etməyə başladı. Azərbaycan hökumətinin bütün lazımi tədbirləri bu prosesdən az itki ilə çıxmağa hesablanıb. Azərbaycan vətəndaşının sağlamlığı, ölkə əhalisinin rifahı qarşıya qoyulan ən mühüm məsələlərdir. Koronavirus pandemiyasının artıq təhlükə törətmədiyinə əminlik yarandıqdan sonra yumşalma addımlarının atılması mümkündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR