Sosial-iqtisadi inkişaf Strategiyasının hazırlanması üçün Komissiya yaradılıb

Sosial-iqtisadi inkişaf Strategiyasının hazırlanması üçün Komissiya yaradılıb
  • Clock-gray 19:37
  • calendar-gray 03 Fevral 2021

Bu gün Baş nazir Əli Əsədov  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasının təmin edilməsi barədə Sərəncam imzalayıb.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, Sərəncamda  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə uyğun olaraq “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın formalaşması, bu sahədə strateji planlaşma və idarəetmənin effektiv təşkili və əlaqələndirilməsi, habelə uyğun siyasət və islahat istiqamətlərinin müəyyən edilməsi məqsədilə qərarlar öz əksini tapıb.

Sərəncama əsasən Baş nazirin sədrliyi, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının iştirakı ilə Komissiya yaradılıb.

Komissiya “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması və həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirəcək.

Firuzə Vahid

Digər xəbərlər