Spiker: "Azərbaycan xalqı Böyük Vətən Müharibəsində qələbənin əldə edilməsinə böyük töhfələr verib"

Spiker: "Azərbaycan xalqı Böyük Vətən Müharibəsində qələbənin əldə edilməsinə böyük töhfələr verib"
  • Clock-gray 13:17
  • calendar-gray 08 May 2020

“Böyük Vətən Müharibəsində qələbənin əldə edilməsinə Azərbaycan xalqı böyük töhfələr verib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

O bildirib ki, müharibə dövründə Azərbaycandan 680 mindən çox adam cəbhəyə çağırılıb, onların 40 min nəfəri cəbhəyə könüllü gedib: “320 minə qədər həmvətənimiz döyüş meydanlarından geriyə qayıtmayıb. Müharibə illərində əsgərlərimiz böyük qəhrəmanlıq göstəriblər. 400 mindən çox azərbaycanlı döyüş orden və medalları ilə təltif edilib, 130  nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.  Azərbaycanda həmin dövrdə 5 milli diviziya təşkil edilmişdi. Bu diviziyalardan biri - məşhur 416-cı Azərbaycan Taqanroq diviziyası Berlinə ilk daxil olan hərbi birliklərin sırasında olub”.

Spiker qeyd edib ki, Azərbaycanın oğul və qızları faşizmə qarşı müqavimət hərəkatında da fəal iştirak ediblər: “Bu gün müharibə veteranları cəmiyyətimizin ən hörmətli üzvləri kimi dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunurlar. Azərbaycan Prezidentinin sərəncamları ilə onlara, eləcə də müharibədə həlak olmuş və ya vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə mütəmadi maddi yardım verilir. Bununla yanaşı, müharibə veteranları mənzil və fərdi minik avtomobilləri ilə təmin olunur və digər güzəştlərdən istifadə edirlər”.

S. Qafarova vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanda Azərbaycan tarixinə yeni bir qələbə günü, erməni faşizminin məğlub edilməsi, Qarabağın azad edilməsi, haqq-ədalətin bərpa olunması ilə bağlı bayram günü daxil olacaq.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date