Spiker: “Heydər Əliyevin başladığı bütün işlər eyni əzm və iradə ilə davam etdirilir”

Spiker: “Heydər Əliyevin başladığı bütün işlər eyni əzm və iradə ilə davam etdirilir”
  • Clock-gray 11:15
  • calendar-gray 08 May 2020

“May ayının 10-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 97 ili tamam olacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib. 

O bildirib ki, Heydər Əliyev millətimizin şərəf və ləyaqət rəmzinə çevrilib: “1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəlində ulu öndərin hakimiyyətə hər iki gəlişi zamanı Heydər Əliyev ona bəslənən ümidləri doğruldub. Onun başladığı bütün işlər bu gün eyni əzm və iradə ilə davam etdirilir. İlham Əliyev ölkəmizi bu gün dünyanın ən dinamik inkişaf edən ölkələrdən birinə çevirib”.   

 

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date