Spiker: “Hərbçilərin problemlərinin həlli bundan sonra da dövlət rəhbərliyinin diqqət mərkəzində olacaq”

Spiker: “Hərbçilərin problemlərinin həlli bundan sonra da dövlət rəhbərliyinin diqqət mərkəzində olacaq”
  • Clock-gray 11:11
  • calendar-gray 09 Mart 2021

“Prezidentin də qeyd etdiyi kimi, Qarabağda qələbəni qazanan texniki vasitələr deyil, Azərbaycanın əsgər və zabitləridir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması ölkədə həyata keçirilən siyasətin əsas prioritetini təşkil edir: “Hərbi qulluqçulara müddətli əlavələrin təyin edilməsi ilə bağlı qərar verildi. Biz hamımız yaxşı bilirik ki, bu qərar zaman tələb edən prosesin nəticəsində qəbul olunub. Hərbi qulluqçular daim dövlətin qayğısı ilə əhatə olunub. Onların problemlərinin həlli hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin rəhbərliyinin diqqət mərkəzində olacaq”.

Firuzə Vahid

Digər xəbərlər