Spiker Milli Məclisdə yeni şöbənin yaradılmasının səbəbini açıqlayıb

Spiker Milli Məclisdə yeni şöbənin yaradılmasının səbəbini açıqlayıb
# 15 may 2020 18:38 (UTC +04:00)

“Milli Məclisdə struktur və kadr islahatları aparılıb, bir sıra şöbələr ləğv edilib, yeni şöbələr yaradılıb, parlament Aparatının fəaliyyəti müasir tələblər səviyyəsində qurulub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə seçki dairələrini təmsil edən deputatların köməkçiləri ilə keçirilən görüşdə deyib.

O bildirib ki, yeni yaradılan şöbələrdən biri İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsidir: "Bu şöbənin fəaliyyətinin əsas istiqaməti qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti arasında birgə fəaliyyəti və sıx əməkdaşlığı təşkil etməkdir.

Ümumi işin səmərəsini artırmaq və vətəndaş məmnunluğunu təmin etmək üçün deputat köməkçiləri yeni şöbə ilə iş birliyi şəraitində çalışmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR