Spiker: “Ötən il parlamentdə səsləndirilən təkliflər hökumət üzvləri tərəfindən araşdırılıb”

Spiker: “Ötən il parlamentdə səsləndirilən təkliflər hökumət üzvləri tərəfindən araşdırılıb”
# 16 mart 2021 11:10 (UTC +04:00)

“Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət üzvləri arasında təmasların artmasına şərait yaradır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, ötən il parlamentdə səsləndirilən təkliflər hökumət üzvləri tərəfindən araşdırılıb, bizə bununla bağlı geniş məlumat verilib: “Bu gün deputatlar aparacağımız müzakirələrdə fəal olacaq və səmərəli təkliflər irəli sürəcəkıər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR