“Şərti maliyyə vahidi haqqında” qanun ləğv edilir

“Şərti maliyyə vahidi haqqında” qanun ləğv edilir
# 18 dekabr 2020 17:20 (UTC +04:00)

“Şərti maliyyə vahidi haqqında” qanun ləğv edilir.

APA-nın məlumatına görə, bununla bağlı layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

“Şərti maliyyə vahidi haqqında” qanun Azərbaycan Respublikasında aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqlarının, dövlət rüsumlarının, birdəfəlik rüsumların, cərimələrin, maliyyə sanksiyalarının və digər ödənişlərin hesablanması qaydalarını müəyyən edirdi. Şərti maliyyə vahidi 1 manat 10 qəpik məbləğində müəyyən edilmişdi. Qanun 2001-ci il yanvarın 1-dən qüvvəyə minmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR