Səsvermə günü Mətbuat Şurasının qaynar xətti fəaliyyət göstərəcək

Səsvermə günü Mətbuat Şurasının qaynar xətti fəaliyyət göstərəcək
# 16 yanvar 2020 10:52 (UTC +04:00)

“Mətbuat Şurası səsvermə günü bir neçə istiqamətdə öz fəaliyyətini quracaq. Qurumun qaynar xətti fəaliyyəti fəaliyyət göstərəcək”.

APA-nın məlumatına görə, bunu Avropa Şurası Mərkəzi Seçki Komissiyası ilə birlikdə Bakı şəhərində jurnalistlər üçün "Seçkinin mediada işıqlandırılması” mövzusunda keçirilən informasiya sessiyasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Ə. Amaşov deyib ki, qaynar xəttə daxil olan məlumatlar ilk öncə Mərkəzi Seçki Komissiyasına ötürüləcək: “Öncəki seçkilərdə qaynar xəttə daxil olan problemlər həllini tapıb, bu seçkilərdə də həllini tapacağına inanırıq. Mətbuat Şurasının üzvləri bölgələrdə də seçkinin monitorinqində iştirak edəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR