"Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Tədris Mərkəzinin adı dəyişib

 "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Tədris Mərkəzinin adı dəyişib
# 18 iyul 2020 15:48 (UTC +04:00)

“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nəzdində Peşə Tədris Mərkəzinin adı dəyişib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Tədris Mərkəzinin yaradılması haqqında” qərarında dəyişiklik edib.

Qərara əsasən, “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Tədris Mərkəzinin adında “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilib və “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzi olub.

İqtisadiyyat Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə Peşə Təhsil Mərkəzinin fəaliyyətə başlaması üçün müvafiq tədbirlər görməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR