Şuşadan olan bir qrup ziyalı Azərbaycan Prezidentini təbrik edib

Şuşadan olan bir qrup ziyalı Azərbaycan Prezidentini təbrik edib
  • Clock-gray 12:14
  • calendar-gray 24 Dekabr 2020

Şuşa ictimaiyyəti adından bir qrup ziyalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir: “Möhtərəm Cənab Prezident,

Sizin uzaqgörən, qətiyyətli siyasətinizin sayəsində, 28 illik “məcburi köçkün” adından azad olmuş bütün Şuşa ictimaiyyəti adından sizin doğum gününüzü təbrik edirik!

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi məhz Sizin rəhbərliyiniz altında Azərbaycan xalqının əziz Şuşası artıq azaddır! Sizin sayənizdə Şuşa artıq dirçəlməyə başlayıb!

Şuşamızı, Qarabağımızı azad etməklə Siz həm bir övlad kimi ata vəsiyyətini reallaşdırdınız, həm də Azərbaycan tarixinin ən şanlı qələbəsinin memarı kimi adınızı tarixə qızıl hərflərlə yazdınız! Azərbaycan xalqı Sizin bu xidmətlərinizi heç zaman unutmayacaq və daim yüksək tutacaqdır!

Azərbaycan xalqı çox xoşbəxtdir ki, Sizin kimi müdrik bir lideri var. Sizin Vətən müharibəsi dövründə Azərbaycan xalqının bir sərkərdəsi kimi ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün gördüyünüz işlər sayəsində Azərbaycan döyüş meydanında və diplomatiyada olduğu kimi, informasiya müharibəsinin də qalibi oldu.

Bütün şuşalılar Azərbaycan xalqına yaşatdığınız böyük qələbəyə görə Sizə daim minnətdar olacaqlar! Biz əminik ki, Şuşa şəhəri Sizin diqqət və qayğınız sayəsində nəinki Azərbaycanın, eləcə də dünyanın ən inkişaf etmiş şəhərlərindən birinə çevriləcək.

Sizə çətin və şərəfli işinizdə davamlı uğurlar, həmçinin möhkəm can sağlığı arzu edirik!”

 

apa-logo-mini

Digər xəbərlər