Şuşalı qız Milli Məclisdə çıxış edib: “Dünya anlasın və bilsin ki, Şuşa mənim doğma torpağımdır!”

Şuşalı qız Milli Məclisdə çıxış edib: “Dünya anlasın və bilsin ki, Şuşa mənim doğma torpağımdır!”
# 08 may 2020 15:56 (UTC +04:00)

“Mən Şuşadanam. Atam da, anam da, babam da, ulu babalarım da Şuşadandır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı parlamentə dəvət edilmiş şuşalı qız Əsra Məmmədli parlamentin tribunasından deyib.

O bildirib ki, babalarının əcdadları da Şuşadandır: “Mən təəssüf ki, Şuşada böyüməmişəm. Biz Şuşanı görməmişik. Yaşadığımız hissləri yəqin ki, anlayırsınız. Mən Şuşa haqqında valideynlərimdən eşitmişəm. Bilirəm ki, məni anlayırsınız. İstəyirəm ki, hisslərimi dünyaya çatdırasınız. Qoy, duysunlar ki, şuşalı olub Şuşanı görməmişəm. Şuşalıyam, fəqət anam mənə Şuşada lay-lay deməyib. Şuşalıyam, Şuşanın dağlarını görməmişəm. Şuşalıyam, Şuşanın bulaqlarının suyundan içməmişəm. Şuşada çıxan Xarıbülbülü görməmişəm. Şuşalıyam, Şuşada Qarabağ şikəstəsini dinləməmişəm. Qoy, dünya anlasın və bilsin ki, Şuşa mənim doğma torpağımdır. Qoy, hamı anlasın, hiss etsin ki, Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır! Torpaq müzakirə olunmur!”

Spiker Sahibə Qafarova bu sözlərin hamını təsirləndirdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR