Tabelik münasibətlərində olmayan hərbiçilərin nizamnaməni pozmasına dair cəza müəyyənləşir

Tabelik münasibətlərində olmayan hərbiçilərin nizamnaməni pozmasına dair cəza müəyyənləşir
  • Clock-gray 16:07
  • calendar-gray 17 Aprel 2020

İnzibati Xətalar Məcəlləsinə əlavəsi təklif edilən yeni 612-ci maddə ilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmağa görə cəza müəyyənləşəcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna layihəsinə əsasən, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsinə görə on gündən bir ayadək ayadək inzibati həbs tətbiq olunacaq.

Həmçinin eyni əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, cinayət məsuliyyətinə səbəb olur.

Eyni zamanda həmin maddəyə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəsisələrinin kursantları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməkdə yaxud hədə-qorxu tətbiq etməklə özgənin yüz manatadək əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər tələb etməsini tələb etmə bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq ediləcək.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq, birinci oxunuşda qəbul edilib.  

Firuzə Vahid

Digər xəbərlər