Ticarət elçisi: “Britaniya Aİ-ni tərk etdikdən sonra Azərbaycanla əlaqələrimiz daha yüksək pilləyə çatıb”

Ticarət elçisi: “Britaniya Aİ-ni tərk etdikdən sonra Azərbaycanla əlaqələrimiz daha yüksək pilləyə çatıb”
  • Clock-gray 17:13
  • calendar-gray 27 Fevral 2020

“Azərbaycan və Böyük Britaniya arasında əlaqələr çox yüksək səviyyədədir. Artıq uzun müddətdir ikitərəfli münasibətlər belə davam edir”.

APA-nın məlumatına görə, bunu Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson deyib.

Nikolson bildirib ki, Böyük Britaniya Avropa İttifaqını tərk etdikdən sonra isə Azərbaycanla Böyük Britaniya arasında olan əlaqələr daha yüksək pilləyə çatıb: “Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə çox səmimi görüş keçirdim. Mənim burada söylədiyim fikirlər hər ikimizin gəldiyi qənaətin nəticəsidir. Biz hesab edirik ki, bu əlaqələr daha da yaxşı inkişaf edəcək”.

O qeyd edib ki, əlaqələrin sağlam təməlinin olduğuna heç bir şübhə yoxdur: “Yenə də bu əlaqələrin daha da inkişafı üçün çalışacağıq”.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date