Tikintiyə dövlət nəzarətinin təşkili qaydalarına dəyişiklik edilib

Tikintiyə dövlət nəzarətinin təşkili qaydalarına dəyişiklik edilib
  • Clock-gray 17:36
  • calendar-gray 04 İyun 2020

Tikintiyə dövlət nəzarətinin təşkili qaydalarına dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanda əksini tapıb.

Fərmana əsasən, tikinti obyektində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı Şəhərsalma və Tikinti Məcəlləsi 92.4.1-92.4.5-ci maddələrində (tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə, tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda, tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 il müddətində aradan qaldırılmadıqda, bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə və tikinti işlərinə  tikinti fəaliyyətinin mühəndis-axtarış, layihələndirmə, tikinti-quraşdırma, mexanikləşdirmə və nəqletmə, tikinti materiallarının istehsalı və tikinti layihələrinin ekspertizası kimi peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə) göstərilən pozuntular aşkarlandıqda, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxsin hər bir pozuntu ayrıca təsvir olunmaqla tərtib etdiyi müvafiq akt əsasında Müfəttişlik tərəfindən müvafiq tədbirin görülməsi üçün Agentliyə müraciət edilir və Agentlik Məcəllənin 92.4-cü və 92.5-ci maddələrində nəzərdə tutulmuş qaydada həmin obyektdə tikinti-quraşdırma işlərinin dayandırılması barədə müvafiq qərar qəbul edir. Həmin qərarın surəti icra üçün sifarişçiyə, tikinti ərazisinə nəzarət etmək üçün tikintiyə icazə verən orqana (quruma) və yerli polis orqanlarına, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə, habelə tikintisinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin icazə verdiyi tikinti obyektlərinə münasibətdə isə həmçinin müvafiq yerli icra hakimiyyəti orqanlarına göndərilcək.

Qüvvədə olan fərmana əsasən, tikinti obyektində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı Məcəllənin 92.4.1-92.4.5-ci maddələrində (tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə, tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda, tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 il müddətində aradan qaldırılmadıqda, bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə və tikinti işlərinə  tikinti fəaliyyətinin mühəndis-axtarış, layihələndirmə, tikinti-quraşdırma, mexanikləşdirmə və nəqletmə, tikinti materiallarının istehsalı və tikinti layihələrinin ekspertizası kimi peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə) göstərilən pozuntular aşkarlandıqda, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxsin hər bir pozuntu ayrıca təsvir olunmaqla tərtib etdiyi müvafiq akt əsasında Müfəttişlik tərəfindən müvafiq tədbirin görülməsi üçün Agentliyə müraciət edilir və Agentlik Məcəllənin 92.4-cü və 92.5-ci maddələrində nəzərdə tutulmuş qaydada həmin obyektdə tikinti-quraşdırma işlərinin dayandırılması barədə müvafiq qərar qəbul edir. Həmin qərarın surəti icra üçün sifarişçiyə, tikinti ərazisinə nəzarət etmək üçün müvafiq yerli icra hakimiyyəti və yerli polis orqanlarına göndərilirdi.

Firuzə Vahid

Digər xəbərlər