Təkrar və əlavə seçkilər nəticəsində MM-də təmsil olunan yeni siyasi partiyaların maliyyələşdirilməsi qaydası müəyyənləşib

Təkrar və əlavə seçkilər nəticəsində MM-də təmsil olunan yeni siyasi partiyaların maliyyələşdirilməsi qaydası müəyyənləşib
  • Clock-gray 12:57
  • calendar-gray 28 Dekabr 2020

Milli Məclisə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində Milli Məclisdə təmsil olunan yeni siyasi partiyalara ayrılacaq vəsait həmin seçkilərin yekunları Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən sonrakı rübdən hesablanacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən  iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Siyasi partiyalar haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisdə təmsil olunan yeni siyasi partiyalara deputatların sayına görə ayrılacaq vəsait həmin deputatların dövlət qeydiyyatından keçmiş partiyanın üzvü kimi qeydə alındığı tarixdən sonrakı rübdən və ya üzv olduğu siyasi partiyanın dövlət qeydiyyatına alındığı tarixdən sonrakı rübdən hesablanacaq.

Dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin ilin sonuna qənaət olunmuş hissəsi Milli məclisdə təmsil olunan siyasi partiyalar arasında dördüncü rübün sonunda bərabər bölünəcək. Bu zaman vəsait çatışmazlığı yarandıqda dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsait üzə mövcud olan qənaət hesabına, həmin mənbə kifayət etmədikdə isə dövlət büdcəsindən ayrılan əlavə vəsait hesabına aradan qaldırılacaq. 

Siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən ayrılan vəsaitin 5 faizi Milli Məclisə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisdə təmsil olunan yeni siyasi partiyalara bu bölgü nəticəsində hər bir siyasi partiyanın müvafiq rüb üzrə payına düşən həcmdə artırılacaq.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Firuzə Vahid

Digər xəbərlər