Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
# 10 fevral 2020 17:00 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Quba rayonunda səfərdə olub.

APA-nın şimal bürosunun məlumatına görə, qonaq öncə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tərəfindən qəbul edilib və ona rayon haqqında ətraflı məlumat verilib.

Daha sonra Şamil Ayrımın rəhbərlik etdiyi nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

Onlar erməni-bolşevik birləşmələrinin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikanın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Qonaq həmçinin dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbəni də ziyarət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR