Türkiyədə “Müstəqil Azərbaycan - Heydər Əliyev” mövzusunda konfrans keçirilib

Türkiyədə “Müstəqil Azərbaycan - Heydər Əliyev” mövzusunda konfrans keçirilib
# 09 dekabr 2019 19:21 (UTC +04:00)

Türkiyənin Ardahan Universitetində (AU) “Müstəqil Azərbaycan - Heydər Əliyev!” mövzusunda konfrans təşkil olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycanın Qarsdakı Baş Konsulluğu və AU-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər və təhsil ocağının kollektivi iştirak edib.

Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmin nümayişdən sonra baş konsul Nuru Quliyev və Ardahan Universitetinin rektoru, professor Mehmet Biberin çıxışları dinlənilib.

Onlar Heydər Əliyevin dünya şöhrətli siyasi xadim olduğunu, Azərbaycanın müstəqilliyinin qorunması, inkişaf istiqamətlərinin müəyyən edilməsi, o cümlədən Azərbaycan-Türkiyə qardaşlığının genişlənməsi və birgə yüksəlişləri üçün gördüyü işlərdən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR