Ukraynalı müşahidəçi: "Seçkilər Azərbaycanın seçki məcəlləsinə uyğun keçirildi"

Ukraynalı müşahidəçi: "Seçkilər Azərbaycanın seçki məcəlləsinə uyğun keçirildi"
# 10 fevral 2020 12:20 (UTC +04:00)

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri yüksək səviyyədə təşkil olunub.

APA-nın məlumatına görə, bunu növbədənkənar parlament seçkilərini izləyən Ukrayna Parlamentinin nümayəndəsi Valeriy Kolyux deyib.

Onun sözlərinə görə, prosesə müxtəlif siyasi qüvvələrin və partiyaların təmsilçiləri qatılıb: "Biz əhəmiyyətli pozuntu müşahidə etmədik. Yeganə problem deyərdim ki, hava şəraiti ilə bağlı idi. Lakin düşünürəm ki, bu bir o qədər də maneə törədmədi. Seçkilər ümumiyyətlə Azərbaycanın seçki məcəlləsinə uyğun keçirildi. Bizim ölkədə keçirilən seçki ilə müqayisə etsək görərik ki, bu proses çox oxşardır".

Ukrayna Parlamentinin nümayəndəsi Vladimir Kreydenko yerli müşahidəçilərin aktivliyini qeyd edərək əlavə edib ki, hər bir məntəqə üzrə onlar tərəfindən seçki siyahısında olan seçicilərin adları və iştirak edənlərin sayının qeydiyyatı aparılırıb: "Təəssüf ki, seçici fəallığı bir o qədər də yüksək deyildi. Məndə olan məlumata görə 47% təşkil edib. Bunu çoxu hava şəraiti ilə əlaqələndirilir. Lakin bu göstərici qənaətbəxş hesab olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR