Uşaqların idman mərc oyunlarında iştirakına şərait yaradanlar üçün cərimələrin artırılması təklif olunur

Uşaqların idman mərc oyunlarında iştirakına şərait yaradanlar üçün cərimələrin artırılması təklif olunur
  • Clock-gray 15:59
  • calendar-gray 01 May 2020

“Qeyd olunan layihələrin hər birinə komitədə baxılarkən lazımi əlavələr və dəyişikliklər edilib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı millət vəkili Adil Əliyev deyib.

O bildirib ki, bu dəyişikliklərlə yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakı məhdudlaşdırılacaq: “Eyni zamanda buna şərait yaradacaq şəxs 500 manat məbləğində cərimələnəcək. Mövcud layihələr gənclərin milli mənəvi dəyərlərə bağlı şəkildə yetişdirilməsinə şərait yaradacaq. Çünki bu oyunlarda iştirak edən gənclər bəzən bir ailənin faciəsinə səbəb olur”.

Millət vəkili Rauf Əliyev isə bildirib ki, layihədə nəzərdə tutulan cərimələr çox aşağıdır: "Təklif edirəm ki, bu cərimələr artırılsın. Həmçinin aidiyyəti orqanlara müraciət edirəm ki, bu qanun layihəsini nəzarətə götürsünlər və işlək olmasını təmin etsinlər".

 

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date