Vahid Azərbaycan Partiyasının daha bir səlahiyyətli nümayəndəsi qeydə alınıb

Vahid Azərbaycan Partiyasının daha bir səlahiyyətli nümayəndəsi qeydə alınıb
# 04 yanvar 2020 12:02 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Vahid Azərbaycan Partiyasının daha bir səlahiyyətli nümayəndəsi qeydə alınıb.

APA-nın xəbərinə görə, seçkilərdə indiyədək 20 siyasi partiyanın iştirakı rəsmiləşib.

Qeyd edək ki, 20 siyasi partiyanın – Vətəndaş və İnkişaf Partiyası, Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Təkamül Partiyası, Müsavat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR