Vəhdət Partiyasının nümayəndəsinin səlahiyyətinə xitam verilməsinin səbəbi məlum olub

Vəhdət Partiyasının nümayəndəsinin səlahiyyətinə xitam verilməsinin səbəbi məlum olub
  • Clock-gray 15:11
  • calendar-gray 12 Yanvar 2020

Azərbaycanda fevralın 9-da təyin edilmiş Milli Məclisə seçkilərdə iştirak üçün müraciət edən Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrindən birinin nümayəndəsinin səlahiyyətinə xitam verilməsinin səbəbi məlum olub.

APA-nın məlumatına görə,  Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında  MSK katibi Arifə Muxtarova deyib ki,  Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrindən Kərimli Fəxrəddin Zayıdxan oğlunun səlahahiyyətli nümayəndə statusunun ləğv edilməsi onun həyat yoldaşı Kərimli Səadət Nazir qızının 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsinin üzvü olması ilə əlaqədardır.

Qeyd edək ki, MSK-nın bu gün keçirilən iclasında Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrindən birinin səlahiyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul olunub. 

Xatırladaq ki, indiyə qədər 20 siyasi partiyanın – Vətəndaş və İnkişaf Partiyası, Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Təkamül Partiyası, Müsavat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date