Vitse-spiker: "Vəsaitdən imtina edən siyasi partiyaların vəsaiti artıq dövlət büdcəsinə qaytarılmayacaq"

Vitse-spiker: "Vəsaitdən imtina edən siyasi partiyaların vəsaiti artıq dövlət büdcəsinə qaytarılmayacaq"
# 24 dekabr 2020 16:49 (UTC +04:00)

“Vəsaitdən imtina edən siyasi partiyaların vəsaiti artıq dövlət büdcəsinə qaytarılmayacaq, parlamentdə iştirak edən siyasi partiyalar arasında ilin sonuncu rübündə bölünəcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisinn bu gün keçirilən iclasında vitse-spiker Fəzail İbrahimli deyib.

Deputat bildirib ki, bu, kifayət qədər demokratik dəyişiklikdir: “Bəzən guya parlamentdə təmsil olunmayan, 3 % barajı aşan partiyaların vəsaitindən kəsilir. Amma bu, belə deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR