Vətəndaşlar yazırlar: “Güclü Ali Baş Komandan və güclü ordunun olması bütün gənclərin döyüş ruhunu yüksəldir”

Vətəndaşlar yazırlar: “Güclü Ali Baş Komandan və güclü ordunun olması bütün gənclərin döyüş ruhunu yüksəldir”
  • Clock-gray 16:50
  • calendar-gray 17 İyul 2020

Vətəndaşlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məktublar göndərməyə davam edirlər.

APA məktublardan bir neçəsini təqdim edir:

 

“Hörmətli cənab Prezident.

Bu gün ölkəmizdə baş verənlər Lələtəpə, Bayraqtəpə, Günnüt zəfəri ərəfəsində Azərbaycanda yaşanılan döyüş əzminin, qələbə ruhunun davamıdır. Bu möhtəşəm hissləri Vətənə sevgi, Sizin qətiyyətli siyasətiniz, dövlət-vətəndaş birliyi yaradıb.

Bu dönməz qətiyyətin sayəsində Sizin - Ali Baş Komandanımızın döyüş əmri ilə yaxın vaxtlarda torpaqlarımızı işğaldan azad edəcəyimizə əminik.

Bu hissləri bizə yaşatdığınıza görə leriklilər adından Sizə minnətdaram. Dövlətim və millətim üçün həmişə döyüşməyə və şəhid olmağa hazıram. Vətən sağ olsun.

Hörmətlə,

Qənbərov Hakim Malik oğlu

Azərbaycan Respublikası, Lerik rayonu, Barzavu kəndi”.

 

“Hörmətli cənab Prezident.

Sizin qətiyyətli çıxışlarınızda Böyük Qələbənin işartılarını, işığını görürük. Əminik ki, bu günlər yaşananlar Şuşada, Xankəndidə dalğalanacaq bayrağımızın şanlı yolunun başlanğıcı olacaq. İgid əsgərlərimiz, unudulmaz şəhidlərimiz artıq bu yola cığır salıblar.

Kəndimizin bütün sakinləri qətiyyətli siyasətinizi dəstəkləyir, hər an Sizin yanınızda olduğunu bildirir, döyüş əmrinizi gözləyir.

Hörmətlə,

Ağayev Mirzəka İlham oğlu

Bədəlov Rövşən Şamil oğlu

Azərbaycan Respublikası, Saatlı rayonu, Mollavəzili kəndi”.

 

“Cənab Ali Baş Komandan.

Azərbaycan xalqı öz ordusuna inanır, ona güvənir. Ordumuz düşmənə hər an layiqli cavab verməyi bacarır. Xalq-iqtidar birliyi torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminlik yaradır. Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşib.

Hörmətlə,

Fuad Şükürov

Azərbaycan Respublikası, Füzuli rayonu”.

 

“Hörmətli cənab Prezident.

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaları hamımızı hiddətləndirdi. Bu hadisə Ermənistanın atəşkəsə əməl etmədiyini, onun təcavüzkar olduğunu bir daha göstərdi. Buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri düşmən hücumlarının qarşısı məharətlə aldı və düşməni geri oturtdu. Sizin də dediyiniz kimi, biz Azərbaycan torpaqlarında ikinci Ermənistan dövlətinin yaranmasına imkan verməyəcəyik. Torpaqlarımız nəyin bahasına olursa olsun azad olunmalıdır.

Hörmətlə,

Günay Yusifova

Azərbaycan Respublikası, Bakı şəhəri”.

 

“Hörmətli cənab Prezident.

Əfsuslar olsun ki, torpaqlarımızın 20 faizi işğalçı Ermənistanın təcavüzü altındadır. Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Əsrlər boyu doğmalarımız həmin ərazilərdə yaşayıb yaratmışlar. İşğal olunmuş ərazilərimizdə tarixi, dini abidələr dağıdılıb yerlə-yeksan edilib. Son günlərdə erməni işğalçıları tərəfindən atəşkəsin pozulması beynəlxalq hüquq normalarının yenidən pozulması deməkdir. Biz həmişə inanmışıq və indi də inanırıq ki, Sizin müdrik, uzaqgörən siyasətiniz və ordumuzun gücü sayəsində doğma Vətənimiz Azərbaycanın ərazi bütövlüyü çox qısa zamanda bərpa olunacaq. Biz Sizə güvənirik, Sizinlə fəxr edirik.

Hörmətlə,

Nuriyev Orxan Rövşən oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri”.

 

“Hörmətli cənab Prezident.

Bütün regiona təhlükə olan erməni vandalizminin qarşısını alan ordumuzun qəhrəmanlığını alqışlayıram. Şiddətli döyüşlərdə əsgərlərimizi dəstəkləyir, şərəfli Azərbaycan əsgərinin formasını geyinərək cəbhə bölgəsinə getmək, torpaqlarımızı erməni faşistlərindən azad etmək üçün əmrinizi gözləyirəm.

Sizinlə qürur duyuram. Qarabağda bayrağımızı dalğalandıranlardan biri olmaq arzusu ilə döyüş əmrinizə hazıram.

Hörmətlə,

Nadirov Spartak Abı oğlu

Azərbaycan Respublikası, Masallı rayonu”.

 

“Hörmətli cənab Prezident və əziz Mehriban xanım.

Bu narahat günlərdə Sizin ordumuza, xalqımıza verdiyiniz dəstək əvəzedilməzdir. Əminəm ki, bu günlər arxada qalacaq, gələcəkdə bizi yalnız qələbə sevinci ilə dolu günlər gözləyəcək.

Hamımız bilirik ki, Siz gecə-gündüz çalışır, bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlirsiniz.

Xalq da hər zaman Sizin arxanızdadır. Biz birlikdə güclüyük.

Hörmətlə,

Günel Məmmədova

Azərbaycan Respublikası, Daşkəsən rayonu”.

 

“Hörmətli Cənab Prezident.

Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan ordumuz bu gün Sizin sayənizdə Cənubi Qafqazın ən güclü ordusudur. Həmişə olduğu kimi, yenə də işğalçı qonşumuz Tovuz rayonunda dinc əhalinin üzərinə mərmi yağdırdı. 2016-cı ilin aprel ayında olduğu kimi, güclü ordumuz yenə düşmənə layiqli cavab verir.

Cənab Prezident, belə bir güclü ordumuz olduğu üçün Sizə minnətdarıq. İnşallah, Sizin rəhbərliyinizlə biz köçkünlər öz ata-baba yurdumuz olan Qarabağı azad edəcəyik. O torpağa axan şəhid qanları yerdə qalmayacaq. Xalqın daim Sizin ətrafınızda bir yumruq kimi birləşməsi Sizə olan inamdandır. Güclü Ali Baş Komandan və güclü ordunun olması bütün gənclərin döyüş ruhunu yüksəldir. Biz Sizinlə qürur duyuruq.

Hörmətlə,

Səlimova Aynurə Surxay qızı

Ağdam rayon 135 saylı köçkün tam orta məktəbinin tarix müəllimi

Azərbaycan Respublikası, Ağdam rayonu”.

 

“Cənab Ali Baş Komandan.

Son günlərdə cəbhə xəttində yaşanan gərginlik fonunda hər bir Azərbaycan vətəndaşında yüksək vətənpərvərlik hissi müşahidə olundu. Biz Ordumuzun gücünə inanırıq və ona da inanırıq ki, Sizin rəhbərliyinizlə bütün işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olunacaq. Bu gün Sizin əmrinizi gözləyən minlərlə gənclər var ki, bunlardan Yeni Azərbaycan Partiyasının gəncləri də hər an cəbhə bölgəsində əlində silah, dilində "Yaşasın Azərbaycan" şüarı ilə vuruşmağa canı-könüldən hazırdır. Biz Sizin gücünüzə inanırıq və bu çətin zamanda Sizin yanınızda yumruq kimi birləşmək hər bir Azərbaycan gəncinin ümdə borcudur.

Hörmətlə,

Müzəffərli Səlcuq Vasif oğlu

Azərbaycan Respublikası, Bakı şəhər, Binəqədi rayonu”.

 

“Hörmətli cənab Prezident.

Son günlərdə cəbhə xəttində baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənə daim layiqli cavab vermişdir, onların həmlələrini uğurla dəf etməklə nəyə qadir olduğunu bütün dünyaya sübut etmişdir. Bu gün Azərbaycanın bütün uğurları Sizin adınızla bağlıdır.

Cənab Prezident, bizlər Sizinlə birgə güclüyük. Yaşından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Sizin hücum çağırışınıza qoşulmağı özünə fəxr bilir.

Hörmətlə,

Rüfət Əhmədov

Azərbaycan Respublikası, Bakı şəhəri”.

 

“Hörmətli cənab Prezident.

Sizin həyata keçirdiyiniz siyasətin nəticəsidir ki, bu gün Azərbaycan güclü orduya malikdir. Ordu quruculuğu istiqamətində gördüyünüz işlərin nəticəsidir ki, Azərbaycan bu gün düşmənə layiqli cavab verə bilir. Həm Aprel döyüşlərində, həm də son günlərdə Tovuzda baş verən erməni təxribatına layiqli cavab verilmişdir. Qüdrətli ordumuz istənilən vaxt işğalda olan torpaqlarımızı azad etmək iqtidarındadır.

Cənab Ali Baş Komandan, Zəngilan gəncləri olaraq bizlər daim dövlətimizə xidmət edirik. Sizə olan etimadımız və güvənimiz sonsuzdur. Biz Sizin ətrafınızda sıx birləşmişik və daim əmrinizə hazırıq.

Hörmətlə,

Həyat Abdullayeva

Zəngilan rayon 35 saylı məktəbin müəllimi

Azərbaycan Respublikası, Zəngilan rayonu”.

 

“Hörmətli cənab Prezident.

Bu müraciəti Sizə ünvanlamağı özümə borc bildim. Son günlərdə mənfur düşmənlərimizin ölkəmizə qarşı təcavüzünü Azərbaycan gəncləri qəti şəkildə qınayır və Sizin əmrinizi gözləyirik ki, düşmənə şanlı aprel döyüşlərində olduğu kimi, layiqli cavab verək. Bu gün biz gənclər tərəfindən döyüş həm ön cəbhədə, həm də arxa cəbhədə sosial şəbəkələrlə davam edir və düşmənə hər iki tərəfdə layiqli cavab verilir.

Cənab Prezident, ön cəbhədə əlimizdə silah qanımızın son damlasına kimi Vətəni müdafiəyə hazırıq.

Hörmətlə,

Elvin Hüseynov

Azərbaycan Respublikası, Bakı şəhəri”.

 

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Bütün dünyada koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda erməni faşistləri öz çirkin xislətinə sadiq qalaraq, Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Qüdrətli Azərbaycan Ordusunun cavabı nəticəsində düşmən böyük itki verərək geri çəkilməyə məcbur olmuş və həlak olan hərbçilərimizin qisası alınmışdır.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının gənc üzvü olaraq Sizi əmin edirəm ki, bizlər daim dövlətimizə və dövlətçiliyimizə xidmət edirik. Sizin yanınızda yumruq kimi birləşmişik. Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün hər an ön cəbhəyə getməyə hazırıq. Azərbaycan vətəndaşı olmağımızla, Sizin kimi Prezidentimizlə qürur duyuruq.

Dərin hörmətlə,

Ramal Əhmədov

Azərbaycan Respublikası, Bərdə rayonu”.

 

“Möhtərəm cənab Prezident.

Bu gün Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Sizin məqsədyönlü siyasətinizin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncliyi xoşbəxtdir ki, Azərbaycanın Lideri gənclərimizə daha güclü, daha zəngin bir Azərbaycan bəxş edib. Bu gücün mənbəyi Heydər Əliyev yoludur, bu gücün mənbəyi xalqla iqtidarın birliyidir, bu gücün mənbəyi Azərbaycan xalqının Sizə inamıdır. Azərbaycan gəncləri Sizin ətrafınızda sıx birləşib. Sizin ordumuzun inkişafına daim qayğı göstərməyiniz, onun daha da qüdrətli olması üçün bütün tədbirləri həyata keçirməyiniz sayəsində güclü ordumuz daha da təkmilləşir. Bu gün ordumuzun qarşısında çox mühüm vəzifələr durur. Əsas vəzifə torpaqlarımızın düşmən əsarətindən azad edilməsidir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün hər cür imkan var.

Dərin hörmətlə,

Yeganə Məmmədova

Azərbaycan Respublikası, Bakı şəhəri”.

 

“Möhtərəm cənab Prezident.

Biz gənclər Sizi hər zaman dəstəkləyirik. Yeni Azərbaycan Partiyasının gənc üzvü olaraq Sizin verdiyiniz tapşırıqları hər zaman uğurla yerinə yetirəcəyimə tam əmin ola bilərsiniz. Biz Sizin iradənizə güvənirik.

Dərin hörmətlə,

Ümudə Rəhimova

Azərbaycan Respublikası, Bakı şəhəri”.

apa-logo-mini

Digər xəbərlər