Vətəndaşlardan dövlət başçısına minnətdarlıq məktubları: “Bu ağır günlərdə hər birimiz Sizi yanımızda hiss etdik”

Vətəndaşlardan dövlət başçısına minnətdarlıq məktubları: “Bu ağır günlərdə hər birimiz Sizi yanımızda hiss etdik”
  • Clock-gray 19:00
  • calendar-gray 01 May 2020

Prezident İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

APA dövlət başçısına ünvanlanan məktublardan bir neçəsini diqqətə çatdırır:

 

“Möhtərəm Prezident.

Beynəlxalq arenada apardığınız müdrik siyasətinizə, koronavirus pandemiyasının yayılmasına qarşı Azərbaycan dövlətinin gördüyü çox səmərəli və təxirəsalınmaz tədbirlərə görə Ukraynanın Xarkov vilayətindəki Azərbaycan diasporu, Xarkov vilayətində fəaliyyət göstərən “Dostluq” Azərbaycan-Ukrayna dostluğu cəmiyyəti adından və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımızı bildirirəm.

Biz - ölkəmizdən kənarda yaşayan azərbaycanlılar Azərbaycanda baş verən hadisələri çox böyük diqqətlə izləyir, tarixi vətənimizdə baş verən hər bir dəyişikliyi hiss edirik. Sizin müdrik siyasətiniz və COVID-19 virusunun Azərbaycanda yayılmasının qarşısını almağa yönəldilmiş operativ tədbirlər, karantin rejimin vaxtında tətbiqi, kiçik və orta biznesi, tibb müəssisələrini dəstəkləmək, işsizlərə maliyyə yardımı üçün göstərilən kömək dünyanın bir çox ölkələri üçün nümunədir. Xüsusilə biznes strukturların çəkdikləri zərərin kompensasiya edilməsinə yönəlmiş dövlət dəstəyini və həyata keçirilmiş tədbirləri qeyd etmək istərdim. Sizin koronavirusla mübarizədə qazandığınız nailiyyətlərə beynəlxalq təşkilatlar və ölkədən kənarda yaşayan azərbaycanlılar tərəfindən yüksək qiymət verilir. Vətənimizdə həyata keçirilən bu tədbirlər müsbət nəticələr verib.

Möhtərəm Prezident, biz - Ukraynada yaşayan azərbaycanlılar Sizin apardığınız xarici siyasətlə fəxr edirik. Ukrayna dövlətinə və xalqına olan dostluq münasibətiniz hər zaman təqdir olunur. Biz əminik ki, Sizin apardığınız müdrik siyasət Azərbaycan ilə Ukrayna arasındakı əlaqələrin gələcəkdə daha da inkişafın təmin edəcək və Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri üçün nümunədir.

Fürsətdən istifadə edərək, Sizə bir daha dərin minnətdarlığımı çatdırıram.

Hörmətlə,

Ömərov Murad, professor, Xarkov vilayətində fəaliyyət göstərən “Dostluq” Azərbaycan-Ukrayna dostluğu cəmiyyətinin sədri, Xarkov Milli Radioelektronika Universitetinin prorektoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, texnika elmləri doktoru.

Ukrayna, Xarkov şəhəri”.

 

“Möhtərəm Prezident.

Sizin uzaqgörən siyasətiniz nəticəsində bu gün Azərbaycan xalqı dünyəvi bəla olan koronavirus pandemiyasından ən az itki ilə ötüşməkdədir. Buna görə ailəmiz adından Sizə dərin təşəkkürümü bildirirəm. Bu işləriniz bir daha göstərdi ki, Siz həmişəki kimi, yenə də xalqın yanındasınız.

Sizin indiki misilsiz işləriniz mənə ulu öndər Heydər Əliyevin XX əsrin sonlarında Azərbaycanı daxili və xarici düşmənlər tərəfindən parçalanmadan xilas etməsini xatırlatdı və bu hislər məni çox duyğulandırdı. Siz ulu öndərin Azərbaycan xalqına qoyub getdiyi layiqli varisisiniz. Allah Sizi Azərbaycanı yaşatmaq üçün yaradıb.

Azərbaycanın qəhrəman oğlu İlham Əliyevə eşq olsun! Sizinlə fəxr edirəm.

Hörmətlə,

Hümbətov Amil Cəlal oğlu, müharibə veteranı.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Nizami kəndi”.

 

“Möhtərəm cənab Prezident.

Bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün Sizin rəhbərliyiniz altında həyata keçirilən mübarizə tədbirləri bizdə böyük fərəh hissi doğurur.

Dünyanın ən inkişaf etmiş ölkələrində mövcud müasir səhiyyə sistemlərinin belə qarşısında aciz qaldığı bu xəstəlik, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hələ pandemiya elan olunmazdan əvvəl Sizin məqsədyönlü şəkildə başlatdığınız və birbaşa nəzarətinizlə həyata keçirilən tədbirlər sayəsində ölkəmiz üçün faciəvi hal almadı.

Bütün bunlara görə xalqımız Sizə minnətdarlığını ifadə edir. Azərbaycanın bu sahədəki mübarizəsinin dünya ölkələri üçün örnək olmasını qürur hissi ilə qarşılayırıq.

Məhz görülən tədbirlərin nəticəsidir ki, son günlər ölkəmizdə bu xəstəliyin statistikasında müsbət dinamika müşahidə olunur. Sağalıb evlərinə dönən xəstələrin sayı hər gün artır. Dövlətimiz tərəfindən vətəndaşlarımızın sosial rifahinın yüksəlməsi üçün onlara maddi yardımlar edilir.

Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bu günlər ərzində bütün xalqımız üçün müsbət əhval-ruhiyyə və mənəvi güc qaynağı olmuşdur.

Cəbhə bölgəsində yerləşən Horadiz şəhərinin sakinləri adından hörmətlə,

İsayeva Rəna Alış qızı

Bayramova Sevinc Rasim qızı

Abbasova Məhluqə Elxar qızı

Fərəcova Yeganə Elman qızı

Əbdürəhmanov Nadir Kamil oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu, Horadiz şəhəri”.

 

“Çox hörmətli cənab Prezident.

Dünyanın nəhəng dövlətlərinin tüğyan edən COVID-19 pandemiyası ilə bacara bilmədikləri, onun qarşısında acız qaldıqları bir vaxtda Sizin apardığınız müdrik siyasət və həyata keçirdiyiniz qəti tədbirlər nəticəsində Azərbaycan koronavirusun çox az yayıldığı və bu xəstəliyə qarşı uğurla mübarizə aparan bir ölkə oldu.

İlk günlərdən başlayaraq bu məsələyə göstərdiyiniz xüsusi diqqət və çevik münasibət nəticəsində xalqımız ağır itkilərlə üzləşməkdən xilas oldu. Əminik ki, Sizin rəhbərliyinizlə bu sınaqdan da üzüağ çıxacağıq.

Cənab Prezident, Siz bir daha sübut etdiniz ki, təkcə müdrik, uzaqgörən və qətiyyətli Lider deyil, həm də hər bir vətəndaşın yanında olan qayğıkeş bir insansınız. Bu, xalqımızı qürurlandırır. Ulu Öndərin təbirincə desək, hamımız fəxr edirik ki, biz azərbaycanlıyıq.

Azərbaycan xalqı bir daha əmin oldu ki, onu bəlalardan qoruyan, dünya liderlərinə nümunə olan Prezidenti var. Üçrəngli bayrağımız bayraqlar içərisində qürurla dalğalanır.

Biz hər zaman Sizinləyik, cənab Prezident! Biz birlikdə güclüyük!

Ailə üzvlərimin, çoxsaylı dostlarımın, tanışlarımın, iş yoldaşlarımın və qonşularımın adından Sizə dərin minnətdarlığımızı bildirirəm.

Hörmətlə,

Məmmədov Elxan.

Azərbaycan Respublikası, Bakı şəhəri”.

 

“Hörmətli cənab Prezident.

Ölkəmizdə koronovirusun qarşısının alınması ilə bağlı qəbul etdiyiniz qərarları dəstəklədiyimi bildirir, şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə təşəkkür edirəm. Bu ağır günlərdə hər birimiz Sizi yanımızda hiss etdik. Sizin hər çıxışınız bizdə ruh yüksəkliyi yaradır. Sizin insanların sağlamlığı və ya iqtisadiyyatı seçməklə bağlı iki variantda bizi qorumağı seçməyiniz milyonlarla insanı mütəəssir etdi. Sizinlə qürur duyduq. Hiss etdik ki, arxamızda dağ kimi dayanmısınız. Bizi heç zaman çətinlik çəkməyə qoymazsınız.

Cənab Prezident, bu məsuliyyətli işinizdə Sizə uğurlar arzulayır, həmişə yanınızda olduğumuzu bildiririk.

Hörmətlə,

Cəfərov Röyal Nəvai oğlu

Azərbaycan Respublikası, Ağstafa rayonu, Tatlı kəndi”.

 

“Hörmətli cənab Prezident.

İqtisadi cəhətdən güclü və böyük nüfuza malik ölkələr koronavirusla bağlı ciddi tədbirlər görülmədiyinə görə tənqid olunurlar. Azərbaycan isə Sizin sayənizdə bu mübarizədə dünyaya nümunə olacaq işlər görür.

Gördüyünüz işlərə görə Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun. Hər duamızda Sizin, ölkəmizin əmin-amanlığı üçün Allahdan gözəl diləklərimizin həyata keçirməsini istəyirik. Yaxşı ki, varsınız!

Sizə bir daha ürəkdən minnətdarlığımızı bildirərək, “Allaha əmanət olun!” deyirəm.

Hörmətlə,

Məmmədova Pərvinə Alim qızı.

Azərbaycan Respublikası, Siyəzən rayonu, Yenikənd kəndi”.

 

“Cənab Prezident.

Hələ Çində pandemiyanın yayıldığı və insan tələfatının baş verdiyi zamanda düşünürdüm ki, koronavirus sərhədləri aşıb və Avropanı cənginə alarsa, dövlətimiz bu mübarizəyə hazırdırmı? Bu düşüncə məni çox narahat edirdi. Lakin, eyni zamanda, onu da çox gözəl bilirdim ki, dahi ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu Siz davam etdirirsinizdə, deməli biz bu mübarizədən minimum tələfatla çıxacağıq. Biz bu pandemiya dövrünü yaşadıq və Sizin uzaqgörən siyasətinizin sayəsində xalqımız, ata-analarımız, bacı-qardaşlarımız və körpələrimiz bu bəladan xilas oldular. Ulu Öndər Azərbaycanın xilaskarı oldu, Siz də xalqımızın xilaskarı oldunuz. Sizin gördüyünüz qabaqlayıcı tədbirlər sayəsində Azərbaycan dünyanın bir çox ölkələrinə örnək göstərildi. Düşünürəm ki, bir çox dövlət başçıları Sizdən hələ çox şey öyrənməlidirlər.

Cənab Prezident, Sizə və ailə üzvlərinizə minnətdarlığımızı bildiririk. Allahdan bir istəyimiz var ki, Sizi Azərbaycan dövlətinin və Azərbaycan xalqının başı üstündən və rəhbərliyindən əksik etməsin. Hər şeyə görə çox sağ olun. Nə yaxşı ki, Siz varsınız!

Hörmətlə,

Hüseynov Mais Süleyman oğlu

Azərbaycan Respublikası, Lənkəran rayonu, Kərgəlan kəndi”.

 

“Əziz və hörmətli, dəyərli Prezidentim.

Əvvəla dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün gördüyünüz qabaqlayıcı tədbirlərə görə Sizə və hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanıma səmimi qəlbdən minnətdarlığımızı və təşəkkürlərimizi ifadə edirəm. Əlbəttə, ölkəmizin bu pandemiyadan ən az itkilərlə çıxması üçün gördüyünüz tədbirlər, yürütdüyünüz sosialyönümlü siyasət xalqın qayğısına qalmağınızın bariz nümunəsidir. Bütün bunlarla bərabər, xalqımızın sağlamlığına və milli təhlükəsizliyə göstərdiyiniz sonsuz diqqət və qayğınız, eyni zamanda, sosial xarakterli fərman və sərəncamlarınız, bu istiqamətə ayrılan maliyyə vəsaitləri xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Pandemiya başlayandan indiyədək təmkinli, iradəli, səbirli, xalqın mənafeyinə xidmət edən siyasətinizə, insanları bu bəladan layiqincə qoruduğunuza görə əməkdaşı olduğum Yardımlı rayonunun Horavar kənd tam orta məktəbinin pedaqoji kollektivi və Yardımlı Rayon Təhsil Şöbəsinin kollektivi, həmçinin gənc müəllimlər adından Sizə təşəkkürümü ifadə edirəm. Eşq olsun, Azərbaycan Respublikasının Prezidenti, ölkəmin xilaskarı cənab İlham Əliyevə!

Hörmətlə,

Musayev Sərxan Nazim oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri”.

 

“Cənab Prezident.

Mən bir azərbaycanlı olaraq Sizinlə həmişə fəxr etmişəm. Sizin Azərbaycan xalqı üçün gördüyünüz bütün işləri hər zaman dəstəkləmişəm. Məlum pandemiya dövründə xalqımızın sağlamlığının qorunması və rifah halının yaxşılaşdırılması üçün həyata keçirdiyiniz tədbirlər məni bir daha əmin etdi ki, Siz millətinizi çox sevirsiniz.

Azərbaycan xalqı tarixboyu bütün sınaqlardan birlikdə üzüağ çıxıb. İnşallah, Siz söylədiyiniz kimi, “Biz birlikdə güclüyük!” deyərək bu bəlanın da öhdəsindən gələcəyik. Sağ olun.

Hörmətlə,

Bağırov Elton Əli oğlu.

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri”.

 

“Hörmətli cənab Prezident.

Koronavirusun dünyada yayıldığı ilk gündən Sizin ölkəmizdə pandemiyanın qarşısının alınması məqsədilə verdiyiniz qəti göstərişlər layiqincə yerinə yetirilir, vətəndaşlara diqqət və qayğı göstərilir. Bu çətin günlərdə Sizin xalqımıza dəstək olmağınız və bəşəriyyəti bürüyən bu bəladan xalqımızın xilas olması üçün qabaqlayıcı tədbirlər həyata keçirməyiniz bizi çox sevindirir.

Hörmətli cənab Prezident, mən inanıram ki, Sizin uzaqgörən və müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə çıxacağıq. Allah Sizi və xalqımızı qorusun. Biz birlikdə güclüyük!

Hörmətlə,

Xəlilov Rahib Süleyman oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu”.

 

“Hörmətli cənab Prezident.

Bu gün dünya koronavirus pandemiyasının yaratdığı problemlər, böhranlar ilə üz-üzə qalıb. COVID-19 pandemiyası ən inkişaf etmiş ölkələri belə çətin və acınacaqlı vəziyyətə salıb. Bəşəriyyəti lərzəyə salan bu bəla Azərbaycandan da yan keçmədi. Belə bir ağır, fövqəladə vəziyyətdə verdiyiniz düzgün qərarlar, gördüyünüz qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atıldı. Dövlətimizin bütün imkanları epidemiyanın qarşısının alınmasına və fəsadların aradan qaldırılmasına yönəldildi. Görülən bütün bu tədbirlər xalqımızı xəstəliyin acı nəticələrindən qorudu. Məktəblərdə təhsilin dayandırılması, sərhədlərin vaxtında bağlanması, müasir tipli yeni xəstəxananın istifadəyə verilməsi, lazımi tibbi avadanlıqların ölkəyə gətirilməsi, aztəminatlı ailələrə sosial müavinət və yardımların ayrılması, ən əsası isə mənəvi dəstəyiniz, “Biz birlikdə güclüyük!” kimi müdrik çağırışınız bu vəziyyətdən ən az itki ilə çıxmağımızla nəticələndi.

Cənab Prezident, görülən bütün bu işlər sübut etdi ki, dövlət başçısı kimi Sizin üçün hər şeydən vacib xalqın sağlamlığının qorunmasıdır.

Hörmətli cənab Prezident, xalqa sahib çıxdığınız üçün Sizə dərin təşəkkürümü bildirirəm. Bu ölkənin vətəndaşları da Sizin müdrik və uzaqgörən siyasətinizi həmişə dəstəkləyir və daim arxanızdadırlar. Var olun!

Hörmətlə,

Rəşidova Esmira Xankişi qızı, İ.Qayıbov adına 1 № tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri”.

 

“Hörmətli cənab Prezident.

Siz xalqımızın cəsarətli, hünərli, cəsur ürəkli, mərd və mübariz övladısınız. Həm də bizim əziz və dəyərli Prezidentimizsiniz. Ölkəmizin bütün vətəndaşları Sizi dəstəkləyirlər. Xalqın Sizə olan məhəbbəti sonsuzdur. Bu sevgini Siz öz işləriniz, hər bir vətəndaşa göstərdiyiniz diqqət və qayğı ilə qazanmısınız. Sizin yorulmaz, düşünülmüş siyasətiniz hamıya - dosta da, düşmənə də bəllidir.

Koronavirus bəlasına görə qabaqlayıcı və təxirəsalınmaz tədbirləri dərhal və vaxtında gördüyünüzə görə bir el şairi kimi Sizə minnətdarlığımı bildirmək istəyirəm. Allahın köməyi, Sizin rəhbərliyinizlə bu bəlanın da öhdəsindən gələcəyik. Biz buna inanırıq və əminik.

Var olun, mənim əziz və daimi Prezidentim. Allah Sizləri qorusun.

Hörmətlə,

Xəlilbəyli Əfsanə, şairə.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Gərmətük qəsəbəsi”.

 

“Çox hörmətli cənab Prezident.

Əvvəla Sizi salamlayıram. Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində gördüyünüz işlərə görə bir müəllim olaraq Sizə minnətdarlığımı bildirirəm.

Siz bizi bu virusun Azərbaycan təhsilinə və gələcək nəsillərə vura biləcəyi ən ağır zərbələrdən qorudunuz. Əminəm ki, Sizin yürütdüyünüz düzgün siyasət sayəsində bütün çətinliklərin öhdəsindən uğurla gələcəyik.

Allah Sizi qorusun. Daim var olun.

Hörmətlə,

Abdullayeva Gülər Həsən qızı.

Azərbaycan Respublikası, Qəbələ rayonu, Topbağ kəndi”.

 

“Hörmətli cənab Prezident.

Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq istiqamətində gördüyünüz təxirəsalınmaz tədbirləri kənd sakinləri olaraq dəstəkləyir, öhdəmizə düşən məsuliyyəti dərk edir və icrası üçün əlimizdən gələni əsirgəmirik.

Siz hər zaman olduğu kimi, bu təlatümlü zamanda da xalqınızın qayğısına qalır, onu narahat edən problemlərlə yaxından maraqlanırsınız. Sizin tapşırığınıza əsasən Masallı rayonunun bütün kəndlərində imkansız ailələrə ərzaq payları verilmişdir. Bu paydan bizim ailəyə də qismət oldu. Buna görə kənd sakinləri və ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

İbrahimov Təvəkkül Cabir oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Tüklə kəndi”.

 

“Cənab Prezident.

Son aylarda dünyada yayılan koronavirus pandemiyasına qarşı ölkəmizdə aparılan uğurlu mübarizəni bütün Azərbaycan vətəndaşları kimi, mən də fəxrlə izləyirəm.

Möhtərəm cənab Prezident, bu ağır dönəmdə Sizin rəhbərliyinizlə insanlara göstərilən yardımlar, olunan güzəştlər bir çox aztəminatlı Azərbaycan ailəsinin büdcəsinə müsbət təsirini göstərdi. Bu diqqət və qayğıdan mən də bəhrələnərək, artıq ödənişli ictimai işlə təmin olunmuşam. Həmişə olduğu kimi, bir daha Sizin dəstəyinizi öz üzərimizdə hiss etdik. Əminəm ki, rəhbərliyinizlə xalqımız pandemiyadan minimum zərərlə xilas olacaqdır.

Xalqımızın sağlamlığının qorunması, dövlətimizin inkişafı naminə gördüyünüz misilsiz işlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Məmmədov Xəlil Fizuli oğlu.

Azərbaycan Respublikası, Qax rayonu, İlisu kəndi”.

 

“Hörmətli cənab Prezident.

Dünyamız, bəşəriyyət koronavirusun yaratdığı ağır problemlə üz-üzədir. Pandemiya bütün dünya dövlətləri kimi, çiçəklənən doğma Azərbaycanımızı da sınağa çəkib. Pandemiyanın Azərbaycanda geniş yayılmasının qarşısının alınması, sosial sahəyə dəymiş zərərin minimuma endirilməsi, virusdan zərər çəkmiş sahələrdə çalışan işçilərin əməkhaqqının ödənilməsi, əhalinin sosial cəhətdən həssas təbəqələrinə yardımin edilməsi, eləcə də iqtisadiyyatın qorunması üçün verdiyiniz tapşırıqlar ölkəmizin bu bəladan minimum itkilərlə çıxması ilə nəticələnməkdədir.

İndiki ağır günlərdə daim xalqımızı düşündüyünüz, ona dəstək olduğunuz və onun qayğısına qaldığınız üçün Balakən rayonunun Püştətala kəndinin “Lalələr” qadın qrupu adından Sizə dərin minnətdarlığımızı bildiririk. Allahdan Sizə və ailənizə cansağlığı, işlərinizdə bol-bol uğurlar arzulayırıq. Biz sizinlə fəxr edirik.

Hörmətlə,

Bayramova Şamsu Müzaməddin qızı

Əliyeva İntizar Şaban qızı

Dikanayeva Şöhlə Məhəmməd qızı

Həsənova Nəcibə Kamil qızı

İbadanova Arzu Xəlil qızı, Lalələr qadın qrupunun üzvləri.

Azərbaycan Respublikası, Balakən rayonu, Püştətala kəndi”.

 

“Çox hörmətli cənab Prezident.

Dünyanı bürümüş koronavirus pandemiyasının respublikamızda qarşısının alınması istiqamətində gördüyünüz bütün tədbirlər bir daha sübut etdi ki, Azərbaycanın Prezidenti öz xalqını hərtərəfli qoruyur. Bu məktubu yazmaqla Sizə dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, vaxtında verdiyiniz qərarlar bu xalqımızın böyük bəladan üzüağ çıxmasına səbəb oldu. Ölkəmizdəki vətəndaşlarla yanaşı, xaricdə yaşayan soydaşlarımız və təhsil alan tələbələrimiz də Sizin böyük qayğınızı bir daha hiss etdilər. Biz bu çətin günlərdə aldığımız maddi və mənəvi dəstək nəticəsində karantin rejiminin çətinliyini hiss etmirik.

Cənab Prezident, biz - gənc sahibkarlar hər zaman olduğu kimi, indi də Sizin dəstəyinizi hiss edir, bizim üçün açdığınız uğurlu yolu inkişaf etdirməyi özümüzə borc bilirik. Xalqımıza göstərdiyiniz dəstəyə, qayğıya görə ailə üzvlərimin adından Sizə və Mehriban xanıma təşəkkürümüzü bildirir, uzun ömür, cansağlığı arzu edirik.

Hörmətlə,

Xaspoladov Mənsur Sərdar oğlu.

Azərbaycan Respublikası, Quba rayonu, Rustov kəndi”.

 

“Hörmətli cənab Prezident İlham Əliyev.

Bütün dünyanı bürüyən pandemiya ilə əlaqədar gördüyünüz qabaqcıl tədbirlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqının sağlamlığı hər şeydən önəmlidir. Bakı Dövlət Universitetinin tələbəsi olaraq mən Sizə minnətdarlıq etməyi özümə borc bildim.

Hörmətli cənab Prezident, xalq Sizi sevir və dəstəkləyir. Bu ağır dönəmdə bəzi xarici qüvvələrə sığınmış və Azərbaycan üzərində qara kampaniyalar aparan insanlar ölkədə qalmaqal yaratmaq planları ilə məşğuldurlar. Biz inanırıq ki, Sizin uzaqgörən siyasətinizlə həmin insanlar öz qara planlarında boğulacaqlar. Azərbaycan xalqı, o cümlədən tələbələr Sizi dəstəkləyirlər. Hazırda ölkəmizdə COVID-19 virusuna yoluxanların sayı digər ölkələrə nisbətən daha azdır və bu, Sizin müdrik siyasətinizlə bağlıdır. Bir daha Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Rəsulov Qafqaz Mahir oğlu.

Azərbaycan Respublikası, Şəki şəhəri”.

 

“Hörmətli cənab Prezident.

Dünyaya meydan oxuyan pandemiya ilə üz-üzəyik. Sizin göstərişinizlə ölkəmizdə xüsusi karantin rejiminin tətbiqi bu xəstəliyin daha böyük kütləyə sirayət etməsinin qarşısını aldı. Bu işlərin nəticəsidir ki, Azərbaycan dünyanın aparıcı dövlətləri üçün nümunə göstərilir. Digər tərəfdən, bir məsələni də vurğulamağı özümə borc bilirəm. Məktəblilər evdə qalsalar da, dərsdən qalmırlar. Övladlarımız təhsillərini onlayn formada davam etdirirlər. Bu da Sizin uşaqlara və gənc nəslə diqqət və qayğınızın bariz nümunəsidir.

Hörmətli cənab Prezident, insanların həyat və sağlamlığının daha səmərəli qorunması, virusun yayılması sürətinin kəskin azaldılması məqsədilə həyata keçirdiyiniz tədbirlər təqdirəlayiqdir. Xalqımız Sizin bu xidmətlərinizi yüksək qiymətləndirir.

Hörmətlə,

İmanova Bənövşə Əli qızı

Azərbaycan Respublikası, Lənkəran rayonu, Köhnəgəgir kəndi”.

 

“Hörmətli cənab Prezident.

Ölkəmizdə yayılmaqda olan COVID-19 pandemiyasının qarşısını almaq üçün gördüyünüz çoxsaylı tədbirlər bir neftçi olaraq məni çox sevindirir. Bu ağır günlərdə hər bir Azərbaycan ailəsini öz ailəniz kimi görməyiniz Sizin nə qədər humanist bir insan olduğunuzdan xəbər verir. İnanıram ki, uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın mənfi təsirləri minimuma endiriləcək.

Hörmətli cənab Prezident, xüsusilə də ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr, atdığınız uğurlu addımlar təqdirəlayiqdir. Dövlətimiz nəinki paytaxt Bakıda, eləcə də bölgələrimizdə vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində mühüm addımlar atır.

Əziz Prezidentimiz, bir gənc olaraq ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə Sizə təşəkkür edir, müstəqil Azərbaycanımızın daha da inkişafı yolunda gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Uca Allah Sizə uzun ömür və cansağlığı bəxş etsin.

Hörmətlə,

Sağıyev Baladdaş Sağı oğlu.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Həşimxanlı kəndi”.

 

“Hörmətli cənab Prezident.

Hazırda dünyanı bürümüş koronavirus xəstəliyindən xalqımızı qorumaq üçün apardığınız müdrik siyasət, gördüyünüz ardıcıl və məqsədyönlü tədbirlər müsbət nəticələr verir. Ölkəmizdə özəl sektorun fəaliyyətinin dəstəklənməsi, iş yerlərinin qorunub saxlanılması, sahibkarlara, işsizlərə və yardıma ehtiyacı olan vətəndaşlarımıza birdəfəlik yardımların göstərilməsi məhz Sizin tərəfinizdən görülən böyük işlərin, davamlı və gərgin zəhmətlərin nəticəsidir. İnsanlar qəlbi daim xalqı ilə döyünən rəhbərinə inanır və bu bəladan minimum zərərlə xilas olacaqlarına əmindirlər.

Cənab Prezident, bizə göstərdiyiniz daimi diqqət və qayğıya görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirir, ölkəmizin firavanlığı və tərəqqisi naminə səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Nəsidov Davud Rəhman oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date